Bəhreyn yığmasının futbolçusu: "Azərbaycan mundialın necə təşkil olunmasını bütün dünyaya göstərdi"

Bəhreyn yığmasının futbolçusu: "Azərbaycan mundialın necə təşkil olunmasını bütün dünyaya göstərdi"

Azərbaycan mundialın necə təşkil olunmasını bütün dünyaya göstərdi.

Bunu "QELEBE.AZ"a açıqlamasında Bəhreyn yığmasının futbolçusu Əli Xəlifə Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı haqqında danışarkən deyib.

O, yarışın təşkilatçılığı barədə xoş ifadələr işlədib:

"Buna görə Azərbaycana təşəkkür edirəm. Hər şey çox yaxşı və yüksək səviyyədədir. Ölkəniz mundialın necə təşkil olunmasını bütün dünyaya göstərdi".

O, A qrupunun II turunda Mavritaniyaya uduzduqları oyunla (0:2) bağlı fikirlərini bölüşüb:

"İlk növbədə təşkilatçılara təşəkkür etmək istəyirəm. Azarkeşlərimizdən isə üzr istəyirəm. Bugünkü matçda yaxşı çıxış edə bilmədik. Növbəti görüşlərdə səhvlərimizi düzəldəcəyimizi demişdik. Bu dəfə bəzi fərdi səhvlər oldu. Üçüncü matçda əlimizdən gələni edəcəyik. Qrupdan çıxmağı planlaşdırırıq. İndi evə getmək istəmirik".

Əli Xəlifə Azərbaycan millisi haqqında da danışıb:

"Azərbaycan yığması tanınmış komandadır. Onlar dünya çempionatının ən yaxşı beş kollektivi sırasında yer alırlar".

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Futbol
Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib

Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib

Futbol
“Qəbələ”nin futbolçusu: “Milliyə niyə çağırılmamağım özümə də maraqlıdır”

“Qəbələ”nin futbolçusu: “Milliyə niyə çağırılmamağım özümə də maraqlıdır”

Futbol
Azərbaycanda işləmiş baş məşqçi Belarus çempionu ilə müqavilə bağlayıb

Azərbaycanda işləmiş baş məşqçi Belarus çempionu ilə müqavilə bağlayıb

Futbol
Gəncə İdman Sarayında tikinti işləri sürətlə davam edir

Gəncə İdman Sarayında tikinti işləri sürətlə davam edir

Futbol
Çempionlar Liqası: "Çelsi" "Milan"a qarşı, "Dinamo" "Zaltsburq"la üz-üzə gələcək

Çempionlar Liqası: "Çelsi" "Milan"a qarşı, "Dinamo" "Zaltsburq"la üz-üzə gələcək

Futbol
“Araz-Naxçıvan” Çempionlar Liqası ilə məğlubiyyətlə vidalaşıb

“Araz-Naxçıvan” Çempionlar Liqası ilə məğlubiyyətlə vidalaşıb

Futbol
Ronaldu ərəb klubunun 240 milyon avroluq təklifini rədd edib

Ronaldu ərəb klubunun 240 milyon avroluq təklifini rədd edib

Futbol
"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

Futbol
Rəşad Sadıqov: "Məğlubiyyəti həzm etməliyik"

Rəşad Sadıqov: "Məğlubiyyəti həzm etməliyik"

Futbol
Azərbaycanın futzal millisi növbəti oyununu keçirəcək

Azərbaycanın futzal millisi növbəti oyununu keçirəcək

Futbol
Çempionlar Liqası: "Milan"ın hücumçusu həftənin ən yaxşı oyunçusu seçilib

Çempionlar Liqası: "Milan"ın hücumçusu həftənin ən yaxşı oyunçusu seçilib

Futbol
Rusiya millisi AVRO-2024-də iştirak etməyəcək

Rusiya millisi AVRO-2024-də iştirak etməyəcək