ATFF-nin baş katibi: "Azərbaycan Tələbə Liqasında bölgə universitetlərinin komandalarının da çıxış etməsini istərdik"

ATFF-nin baş katibi: "Azərbaycan Tələbə Liqasında bölgə universitetlərinin komandalarının da çıxış etməsini istərdik"

Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) təşkil etdiyi çempionatda bölgə universitetlərinin komandalarının da çıxış etməsini istəyir.

Bunu "Report"a açıqlamasında ATFF-nin baş katibi Lətif Novruz deyib.

Azərbaycan Tələbə Liqasında başa çatan 2024/2025 mövsümünü dəyərləndirən qurum rəsmisi beynəlxalq yarışda iştirak etməsi üçün komanda hazırladıqlarını söyləyib:

"Azərbaycan Tələbə Liqasında mövsümü arxada qoyduq. Qalib komandanın adına aydınlıq gəldi. Son iki ildə yarışı liqa səviyyəsində keçirdik. Çempionatda 12 komanda təmsil olunurdu. Onların heyətlərindəki ən yaxşı futbolçular müəyyənləşəcək və seleksiya aparıldıqdan sonra tələbələrdən ibarət yığma komanda təşkil olunacaq. İyulda tələbələr arasında beynəlxalq yarış keçiriləcək və komandamız orada Azərbaycanı layiqli şəkildə təmsil etməyə çalışacaq. Yarışda təxminən 25-ə yaxın kollektiv qruplara bölünərək mübarizə aparacaq".

AFFA-nın mətbuat xidmətinin sabiq rəhbəri olan Lətif Novruzov tələbələr arasında futbol yarışlarının təşkilinin asan olmadığını bildirib:

"Bu cür yarışların təşkili olduqca çətindir. Çünki komandalar həvəskar futbolçulardan qurulur deyə, bəziləri oyunlara gəlir, bəziləri gəlmir. Bu, həmçinin vaxtla bağlı olan məsələdir. Sadəcə, futbolu sevdiyim üçün bu işləri görürəm. Uzun illər AFFA-da çalışmışam. Yaşıma və təcrübəmə görə bu cür yarışların necə keçirildiyini bilirəm. Sağ olsunlar ki, AFFA rəhbərliyi də fikirlərimizi dəstəkləyir, oyunlar zamanı bizi hakimlərlə təmin edirlər".

O, Azərbaycan Tələbə Liqasında bölgə kollektivlərinin də təmsil olunmasını arzu etdiklərini vurğulayıb:

"Çox istərdik ki, yarış təkcə paytaxt Bakını deyil, bölgələri də əhatə etsin. Məsələn, çox xoş olardı ki, Gəncədə olan universitetlər də yarışda təmsil olunsunlar. Lakin bunun üçün maliyyə lazımdır ki, hər həftə görüşlərə gələ bilsinlər".

Qeyd edək ki, Tələbə Liqasının final qarşılaşmasında Azərbaycan İdman Akademiyası (ASA) və Azərbaycan Texniki Universitetinin (AzTU) komandaları üz-üzə gəliblər. Qarşılaşma ASA-nın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə ASA ardıcıl ikinci dəfə Azərbaycan Tələbə Liqasının qalibi olub.

Futbol
Zubir: “Son dəqiqələrdə qol buraxmaq məyusedicidir”

Zubir: “Son dəqiqələrdə qol buraxmaq məyusedicidir”

Futbol
"Atletik"in futbolçusu ardıcıl 246 oyuna çıxmaqla 28 illik rekordu yeniləyib

"Atletik"in futbolçusu ardıcıl 246 oyuna çıxmaqla 28 illik rekordu yeniləyib

Futbol
Rəşad Sadıqov: "Vacib 3 xal qazandıq"

Rəşad Sadıqov: "Vacib 3 xal qazandıq"

Futbol
Azərbaycan futbolu 2022-ci ildə: Uğur və uğursuzluqlar, rəhbər dəyişiklikləri, yeni təyinatlar - ARAŞDIRMA

Azərbaycan futbolu 2022-ci ildə: Uğur və uğursuzluqlar, rəhbər dəyişiklikləri, yeni təyinatlar - ARAŞDIRMA

Futbol
Joze Mourinyo futbolçulardan birinə "Roma"dan ayrılmağı tövsiyə edib

Joze Mourinyo futbolçulardan birinə "Roma"dan ayrılmağı tövsiyə edib

Futbol
Belarus yığmasının sabiq qapıçısı aksiyada iştiraka görə saxlanılıb

Belarus yığmasının sabiq qapıçısı aksiyada iştiraka görə saxlanılıb

Futbol
Elxan Məmmədova Xorvatiya millisinin forması hədiyyə olunub

Elxan Məmmədova Xorvatiya millisinin forması hədiyyə olunub

Futbol
Veteran futbolçu: "Hər zaman yığmaya yerli mütəxəssisin başçılıq etməsini istəmişəm"

Veteran futbolçu: "Hər zaman yığmaya yerli mütəxəssisin başçılıq etməsini istəmişəm"

Futbol
"Bavariya"nın futbolçusu Avstriya millisindəki debütünü Azərbaycanla oyunda gerçəkləşdirə bilər

"Bavariya"nın futbolçusu Avstriya millisindəki debütünü Azərbaycanla oyunda gerçəkləşdirə bilər

Futbol
Qara Qarayev De Byazi ilə arasındakı gərginliyin səbəbini açıqlayıb

Qara Qarayev De Byazi ilə arasındakı gərginliyin səbəbini açıqlayıb

Futbol
2022-ci ilin ən yaxşı oyun qurucusu adına namizədlər açıqlanıb

2022-ci ilin ən yaxşı oyun qurucusu adına namizədlər açıqlanıb

Futbol
İranda tanınmış futbolçular tutulub

İranda tanınmış futbolçular tutulub