Millimiz mübarizəyə start verəcək

Millimiz mübarizəyə start verəcək

Basketbolun 3x3 növü üzrə Dünya kubokunun Bakıda keçirilən seçmə mərhələsi bu gün start götürür.

QELEBE.AZ xəbər verir ki, bu gün qadınların yarışında qrup mərhələsinin matçları keçiriləcək.

6 komanda iki qrupda mübarizə aparacaq. Azərbaycan millisi B qrupunda yarışacaq.

Dina Ulyanova, Aleksandra Mollenhauer, Arika Karter və Brianna Frezerin yer aldığı qadın millimiz mübarizəyə Misirlə görüşlə start verəcək. İkinci rəqib isə Latviya olacaq.

A qrupunda Çili, Çin Taypeyi, Braziliya, B qrupunda Latviya, Azərbaycan, Misir yarımfinala vəsiqələr üçün oynayacaq.

Dünya kubokunun seçmə mərhələsi
Qadınlar
24 may
Qrup mərhələsi

I tur
A qrupu

16:00. Çili – Braziliya

B qrupu
16:25. Latviya – Misir

II tur
A qrupu

17:50. Çin Taypeyi - Braziliya
B qrupu
18:15. Azərbaycan – Misir

III tur
A qrupu

19:40. Çili – Çin Taypeyi

B qrupu
20:05. Latviya – Azərbaycan

Qeyd edək ki, hər qrupdan iki komanda yarımfinala yüksələcək.