“Neftçi” İdman Klubu ilə Yohan Kroyf İnstitutu arasında Əməkdaşlıq Memorandumu imzalanıb

“Neftçi” İdman Klubu ilə Yohan Kroyf İnstitutu arasında Əməkdaşlıq Memorandumu imzalanıb

“Neftçi” İdman Klubu ilə Yohan Kroyf İnstitutu arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

"Report" xəbər verir ki, “Neftçi” İdman Klubunun nümayəndə heyəti Johan Cruyff İnstitutunun rəsmi dəvəti ilə İspaniyanın Barselona şəhərinə səfər edib.
“Neftçi” İdman Klubunu bu səfərdə İdarə Heyəti sədrinin müşaviri Fərəc Əliyev və Beynəlxalq əlaqələr və kommunikasiyalar departamentinin rəisi Emil Kərimov təmsil ediblər. Səfər zamanı klub nümayəndələri institutun təşkil etdiyi Cruyff Networking tədbirində iştirak etməklə yanaşı, baş direktor Albert Romans, Cruyff Futbol Platformasının icraçı direktoru və “Barselona” Futbol Klubu da daxil olmaqla Avropanın bir sıra aparıcı klublarında çalışmış tanınmış mütəxəssis Albert Kapellas, CF Badalona SAD klubunun sahiblərindən biri və institutun məruzəçi müəllimi Mark Serra və digər rəhbər şəxslərlə ikitərəfli görüşlər keçirərək, mümkün əməkdaşlıq istiqamətləri və qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər.
Səfər çərçivəsində iki qurum arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd tərəflər arasında beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə və bu istiqamətdə yeni imkanların açılmasına, idmançı, məşqçi və inzibati heyətin peşəkar karyera inkişafının dəstəklənməsinə, idman sahəsində araşdırmalara dair təcrübə mübadiləsinin aparılmasına, birgə idman tədbirləri, seminarlar və konfransların təşkilinə, həmçinin sosial və media sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinə mühüm töhfə verəcəkdir.

Fərdi
IBA Rusiya və Belarus boksçularının beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı ləğv edib

IBA Rusiya və Belarus boksçularının beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı ləğv edib

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin daha iki iştirakçısı açıqlanıb

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin daha iki iştirakçısı açıqlanıb

Fərdi
Azərbaycanın idman gimnastı Rusiyada qızıl medal qazanıb

Azərbaycanın idman gimnastı Rusiyada qızıl medal qazanıb

Fərdi
Lukaş Krpalek: "Elmar Qasımov məni ilk dəfə İrəvanda məğlub edib"

Lukaş Krpalek: "Elmar Qasımov məni ilk dəfə İrəvanda məğlub edib"

Fərdi
Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Fərdi
Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub

Fərdi
Azərbaycan millisinin baş məşqçisi: “İnsan fiziki zəif olanda yox, psixoloji hazır olmayanda uduzur”

Azərbaycan millisinin baş məşqçisi: “İnsan fiziki zəif olanda yox, psixoloji hazır olmayanda uduzur”

Fərdi
Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Fərdi
Azərbaycanın üzgüçülük millisinə Macarıstandan məşqçi təyin olunub

Azərbaycanın üzgüçülük millisinə Macarıstandan məşqçi təyin olunub

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Fərdi
Rauf Məmmədov Azərbaycan çempionatının qalibi olub

Rauf Məmmədov Azərbaycan çempionatının qalibi olub

Fərdi
Fərid Qayıbov: "Yeni mükafat sistemi idmançıların və federasiyaların inkişafına dəstək olacaq"

Fərid Qayıbov: "Yeni mükafat sistemi idmançıların və federasiyaların inkişafına dəstək olacaq"