“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub olub

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub olub

İngiltərənin “Mançester Yunayted” futbol komandası yoldaşlıq oyununda “ASEAN All-Stars”a məğlub olub.

“QELEBE.AZ” xəbər verir ki, matç Malayziyanın paytaxtı Kuala-Lumpurda baş tutub.

Oyunun birinci hissəsində “qırmızı şeytanlar” topa nəzarət etsə də, nominal ev sahibləri hücumda daha kəsərli olublar. Artıq səkkizinci dəqiqədə vyetnamlı Nquenin zərbəsi dirəyə tuş gəlib. Bir müddət sonra o, cərimə zərbəsindən fərqlənməyə yaxın olub – top qapının üstündən keçib.

“Qırmızı şeytanlar” da bir neçə zərbə ilə yadda qalıblar. Maquayr başla təhlükəli zərbə endirib. Bundan başqa, Maynu iki dəfə qapını təhdid edib, lakin ya hədəfdən sapıb, ya da qapıçıda ilişib. Hissənin sonunda Dukuli və Dorqu fəallıq göstərsələr də, qol vurula bilməyiblər.

Komandalar fasiləyə qolsuz bərabərliklə gediblər.

İkinci hissə oxşar tempdə başlayıb: çoxlu rotasiya, lakin minimum kəskin epizodlar. Bununla belə, “Yunayted”in sağ cinah müdafiəsindəki boşluğundan Vin yararlanıb. Ötürməni aldıqdan sonra o, kəskin bucaqdan sol doqquzluğa güclü zərbə endirərək hesabı açıb.

Qoldan sonra komandaların qarşılıqlı hücumlarına baxmayaraq, oyunda hesab dəyişməyib: “ASEAN All-Stars” – 1, “Mançester Yunayted” – 0.

Qeyd edək ki, “ASEAN All-Stars” (ASEAN ulduzları) Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) üzv ölkələrinin ən yaxşı oyunçularından təşkil edilmiş futbol yığma komandasıdır. Bura İndoneziya, Malayziya, Tailand, Vyetnam, Filippin və digər ASEAN üzvlərindən (ümumilikdə 12 ölkə) futbolçular daxildir.

Futbol
İspaniya yığması Luis Enrike ilə yollarını ayırıb

İspaniya yığması Luis Enrike ilə yollarını ayırıb

Futbol
"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

Futbol
"The Best": FIFA ən yaxşı qapıçı adına namizədləri açıqlayıb

"The Best": FIFA ən yaxşı qapıçı adına namizədləri açıqlayıb

Futbol
Çempionlar Liqasında 1/8 final cütləri müəyyənləşib

Çempionlar Liqasında 1/8 final cütləri müəyyənləşib

Futbol
Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Futbol
XXI əsrin üçüncü onilliyinin bombardirləri açıqlanıb

XXI əsrin üçüncü onilliyinin bombardirləri açıqlanıb

Futbol
Avropa Liqası: "Qarabağ" ilk "10-luq"da yer alıb

Avropa Liqası: "Qarabağ" ilk "10-luq"da yer alıb

Futbol
Azərbaycan təmsilçiləri avrokuboklarda yubiley qələbəsinin bir addımlığındadır

Azərbaycan təmsilçiləri avrokuboklarda yubiley qələbəsinin bir addımlığındadır

Futbol
“Qarabağ” Fransada "Nant"a məğlub olub - FOTOLENT

“Qarabağ” Fransada "Nant"a məğlub olub - FOTOLENT

Futbol
Braziliya millisinin baş məşqçisi istefa verib

Braziliya millisinin baş məşqçisi istefa verib

Futbol
“Zirə” ilk oyununda minimalhesablı qələbə qazanıb

“Zirə” ilk oyununda minimalhesablı qələbə qazanıb

Futbol
"Liverpul"un sabiq futbolçusu 8 il müddətinə azadlıqdan məhrum edilib

"Liverpul"un sabiq futbolçusu 8 il müddətinə azadlıqdan məhrum edilib