Tanınmış idmançılar onları narahat edən məsələlərlə bağlı Atletlər Komissiyasını məlumatlandırıb

Tanınmış idmançılar onları narahat edən məsələlərlə bağlı Atletlər Komissiyasını məlumatlandırıb

Milli Olimpiya Komitəsinin (MOK) inzibatı binasınada Atletlər Komissiyasının üzvləri onlara müraciət edən idmançılarla bir araya gəliblər.

MOK-un mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, əvvəlcə komissiyanın sədr müavini, taekvondoçu Fəridə Əzizova bu il ərizndə görülən işlər barədə iştirakçıları məlumatlandırıb.

O, Atletlər Komissiyasının qazi və şəhid övladlarını idmana cəlb etmək məqsədilə reallaşdırdığı “Qəhrəmanların varisləri” adlı layihənin nəticələrindən bəhs edib. Əzizovanın sözlərinə görə, layihəyə cəlb olunan 34 uşaqdan 17 nəfəri fəal şəkildə idmanla məşğul olur. Digər uşaqlar isə tədrislə əlaqədar layihədən uzaqlaşıblar. Taekvondoçu qarşıdakı illərdə daha çox uşaqla layihəni davam etdirəcəklərini bildirib.

Görüşdə iştirak edən idmançılar - yunan roma güləşi üzrə olimpiya mükafatçısı Rafiq Hüseynov, taekvando üzrə ikiqat dünya çempionu Milad Beigi Harçeqani və Azərbaycanın tanınmış kikboksçusu, dəfələrlə Avropa və dünya çempionu olmuş "Ağ canavar" ləqəbli Eduard Məmmədov
onları narahat edən məsələləri komissiya üzvlərinin diqqətinə çatdırıblar.

Qərara alınıb ki, budəfəki müraciətlərlə bağlı hər hansı fəaliyyət haqqında yaxın günlərdə idmançılara məlumat verilsin. İclasda komissiyanın yeni üzvü, bədii gimnast Zöhrə Ağamirova da iştirak edib.

Qeyd edək ki, komissiyanın sədri cüdoçu Rüstəm Orucov (cudo), sədr müavini Fəridə Əzizova, üzvləri isə Zöhrə Ağamirova, boksçu Kamran Şahsuvarlı, atlet Nazim Babaye, keçmiş yunan-Roma güləşçisi Rəsul Çunayev və üzgüçü Fatimə Əlkərəmovadır.

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

Fərdi
ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"

ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"

Fərdi
Şamaxıda badminton üzrə layihə həyata keçirilib

Şamaxıda badminton üzrə layihə həyata keçirilib

Fərdi
Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Fərdi
Azərbaycan avarçəkəni Avropa çempionu olub   

Azərbaycan avarçəkəni Avropa çempionu olub  

Fərdi
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür

Fərdi
Qadın boksçularımız Serbiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Qadın boksçularımız Serbiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Fərdi
Azərbaycanın stolüstü tennisçiləri Sloveniyaya yollanıblar

Azərbaycanın stolüstü tennisçiləri Sloveniyaya yollanıblar

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha 12 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Azərbaycanın daha 12 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır

Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır

Fərdi
Azərbaycan millisinin baş məşqçisi: “İnsan fiziki zəif olanda yox, psixoloji hazır olmayanda uduzur”

Azərbaycan millisinin baş məşqçisi: “İnsan fiziki zəif olanda yox, psixoloji hazır olmayanda uduzur”

Fərdi
Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar