“Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun final matçına baş məşqçisiz və legionerlərsiz çıxacaq

“Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun final matçına baş məşqçisiz və legionerlərsiz çıxacaq

“Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun final matçına baş məşqçisiz və legionerlərsiz çıxacaq.

Bunu “Report”a Naxçıvan klubunun vitse-prezidenti Mahmud Sadıqov bildirib.

O, müqavilə müddəti bitdiyi üçün istirahətə yollanan baş məşqçi Yevgeni Kukseviç və əcnəbi futzalçıların həlledici görüşdə olmayacağını deyib:

“Məşqçi ilə yeni müqavilə avqustdan qüvvəyə minəcək. İyunda müqaviləsinin müddəti bitdikdən sonra bir ay istirahət edəcək. Bu səbəbdən komanda kubokun finalına baş məşqçisiz çıxacaq. Əcnəbi oyunçular da müqavilələrin müddəti bitdiyi üçün komandanı tərk ediblər. Onlar oyuna çıxacaqları təqdirdə əlavə vəsait, daha doğrusu, bir aylıq maaş istəyirdilər. Bu da büdcəmizə uyğun olmadığına görə razılaşa bilməzdik. Hazırda yalnız yerli oyunçular qalıb. Yəni kubokun final matçında yerlilərlə çıxış edəcəyik və qələbə qazanmağa çalışacağıq”.

Klub rəsmisi mövsümü də dəyərləndirib:

“Dekabra qədər bir çox çətinliklərlə üzləşdik. Həm məşqçi, həm də oyunçu heyəti baxımından. Əsas rəqiblərimizə məğlub olmuşduq. Həmçinin dekabrda “Baku Fire” ilə matçda heç-heçə oynayaraq xal itirmişdik. Bu da bizi 6 xal geriyə salmışdı. Çətin vəziyyətə düşdüyümüz üçün radikal dəyişikliklərə getmək lazım idi. Biz də bunu etdik. Hazırkı baş məşqçimiz Yevgeni Kukseviçi dekabrın sonlarında dəvət etdik, çempionatın ab-havası ilə tanış etdik. Sonra əl sıxıb müqavilə imzaladıq. Həmçinin bir neçə oyunçu transfer etdik, komandanı gücləndirdik. Bu da öz təsirini göstərdi. Baş məşqçi qarşısına qoyulan vəzifəni anladı. Ona təşəkkür edirəm ki, komandanı çətin vəziyyətdən çıxarıb çempion etməyi bacardı. Bunda təkcə məşqçi amili deyil, klubun rəhbər şəxslərinin, tibbi personalın da böyük əməyi var. Yumruq kimi birləşdik və vəzifənin öhdəsindən gələ bildik”.

M.Sadıqov yeni mövsüm üçün baş məşqçinin qarşısına qoyulan məqsədləri də açıqlayıb:

“Məşqçinin qarşısına qoyduğumuz məqsəd, təbii ki, ilk növbədə Azərbaycan çempionluğunu qazanmaq, həmçinin beynəlxalq arenada uğurlu nəticə göstərməkdir. Avqustda UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcəyik. Püşkatmadan sonra rəqiblərimiz müəyyənləşəcək. Buna uyğun hazırlıq proqramı tərtib ediləcək. Təbii ki, dəyişikliklər olacaq. Çünki Avropada uğur qazanmaq üçün komanda gücləndirilməlidir. İlk mərhələni keçməyi planlaşdırırıq”.

Qeyd edək ki, Naxçıvan təmsilçisi Azərbaycan Yüksək Liqasının 2024/2025 mövsümünün qalibi olub. Klub bu gün rusiyalı baş məşqçisi Yevgeni Kukseviçlə yeni - 1 illik müqavilə bağlayıb.

"Araz-Naxçıvan" Azərbaycan Kubokunun finalında PFL komandası ilə qarşılaşacaq. Görüş iyunun 5-də, saat 14:00-da "Olimpik Star"da keçiriləcək.

Futbol
"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

Futbol
Peşəkar Futbol Liqası loqosunu dəyişir

Peşəkar Futbol Liqası loqosunu dəyişir

Futbol
"Qəbələ"nin legioneri: "Hər dəfə qələbə qazanmaq mümkün olmur"

"Qəbələ"nin legioneri: "Hər dəfə qələbə qazanmaq mümkün olmur"

Futbol
Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

Futbol
DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

Futbol
UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

Futbol
"Zirə"nin iki futbolçusu cəzalanıb, klub cərimə olunub

"Zirə"nin iki futbolçusu cəzalanıb, klub cərimə olunub

Futbol
Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Futbol
“Qarabağ” UEFA reytinqində geriləyib

“Qarabağ” UEFA reytinqində geriləyib

Futbol
Azərbaycanın cüdo yığmasının medal sıralamasındakı mövqeyi bəlli olub

Azərbaycanın cüdo yığmasının medal sıralamasındakı mövqeyi bəlli olub

Futbol
Keçmiş həyat yoldaşı Regekampfın "Neftçi"dən qovulmasını xahiş edib

Keçmiş həyat yoldaşı Regekampfın "Neftçi"dən qovulmasını xahiş edib

Futbol
"Mançester Yunayted" "Bornmut"u məğlub edib

"Mançester Yunayted" "Bornmut"u məğlub edib