Sabiq “Qalatasaray”lı “Əl-Duhail”dən ayrıldı - RƏSMİ
"Qalatasaray"ın sabiq futbolçusu Hakim Ziyeş "Əl-Duhail"i tərk edib.
QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, 32 yaşlı vingerin müqaviləsinə xitam verilib.
Xatırladaq ki, Ziyeş bu ilin əvvəlində "Əl-Duhail"ə azad agent kimi transfer olmuşdu.
Mərakeş millisinin üzvü Qətər təmsilçisi ilə meydana çıxdığı 13 rəsmi matçda 1 qol, 1 assistlə yadda qalıb.

https://qalaba.az//uploads/photo/sabiq-qalatasarayli-el-duhailden-ayrildi-resmi.webp