Ayxan Abbasov: “Belə yoxlama matçları futbolçuların xeyrinədir”

Ayxan Abbasov: “Belə yoxlama matçları futbolçuların xeyrinədir”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov təlim-məşq toplanışı barədə fikirlərini bölüşüb.

"Report" xəbər verir ki, AFFA-nın mətbuat xidmətinə açıqlama verən 43 yaşlı mütəxəssis əvvəlcə A milli komanda ilə keçirilən yoxlama oyunu (0:3) ilə bağlı danışıb.

O, məşq xarakterli matçın baş tutduğunu xatırladıb:

"Əsas millinin baş məşqçisi Fernandu Santuşa təşəkkür edirəm. Biz tam heyətlə olsaq da, əsas millinin bəzi üzvləri Azərbaycan Kubokunun final oyununda iştirak etdikləri üçün düşərgədə deyildilər. Hərəsi 35 dəqiqə olmaqla iki hissə oynanıldı, hər iki komanda bütün futbolçuları sınaqdan keçirdi. A millinin oyunçuları ilə meydanda olmaq futbolçularımız üçün əlavə motivasiya idi. Belə yoxlama matçlarının baş tutması futbolçuların xeyrinədir”.

U-21 millimiz hazırlıq çərçivəsində iyunun 4-də Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək.

Baş məşqçi həmin qarşılaşmalarda məqsədin qələbə qazanmaq olacağını deyib: “Bu, bizim U-21 millisində ikinci hazırlığımızdır. İlk təlim-məşq toplanışımız Antalyada təşkil olunmuşdu. Heyətdə bəzi yeni oyunçular var. Hər toplanışda komanda olaraq daha da artırmaq istəyir. Yoldaşlıq görüşlərində üz-üzə gələcəyimiz rəqiblərin reytinqdə öndə olması bizim üçün yaxşıdır. Güclü komandalara qarşı çıxış etməyin yalnız müsbət təsiri olur. Belarusla səfərdə, Monteneqro ilə evdə qarşılaşacağıq. Seçmə mərhələdə ev-səfər oyunlarının olacağını nəzərə alsaq, buna öyrəşməliyik. Hər iki görüşdə qələbə qazanmaq üçün mübarizə aparacağıq. Futbolçular meydanda maksimum nəticəyə köklənməlidirlər. Bu matçlar həm də oyunçuların beynəlxalq təcrübə qazanmalarına kömək olacaq”.

Ayxan Abbasov Belarus və Monteneqro yığmalarını təhlil etdiklərini vurğulayıb: “Rəqiblər barədə yalnız xoş sözlər deyə bilərəm. Belarusun son iki yoldaşlıq görüşünü izləmişəm. Antalyada Şimali Makedoniya, İstanbulda isə Türkiyə yığmasına qalib gəliblər. Onların, xüsusən də, U-21 komandası son illər çox inkişaf edib. Monteneqronun futbolçuları isə əsasən digər ölkələrdə legioner həyatı yaşayırlar. Bir sözlə, maraqlı rəqiblərdir. Belə komandalarla qarşılaşmaq bizim inkişafımıza yardım edəcək”.

Futbol
"Qarabağ"la oyundan öncə "Frayburq"da zədəlilərin durumuna aydınlıq gəlib

"Qarabağ"la oyundan öncə "Frayburq"da zədəlilərin durumuna aydınlıq gəlib

Futbol
İngiltərə Liqa Kuboku: “Mançester Siti” “Liverpul”a qalib gəlib

İngiltərə Liqa Kuboku: “Mançester Siti” “Liverpul”a qalib gəlib

Futbol
"Bavariya" 17 yaşlı türkiyəli futbolçu ilə maraqlanır

"Bavariya" 17 yaşlı türkiyəli futbolçu ilə maraqlanır

Futbol
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Qəbələ"nin şikayətini təmin edib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Qəbələ"nin şikayətini təmin edib

Futbol
AFFA Premyer Liqanın 3 klubunu cərimələyib

AFFA Premyer Liqanın 3 klubunu cərimələyib

Futbol
"Neftçi"nin yeni transferi Təbriz klubu ilə vidalaşıb

"Neftçi"nin yeni transferi Təbriz klubu ilə vidalaşıb

Futbol
"Şamaxı" futbolçusu ilə yollarını ayırıb

"Şamaxı" futbolçusu ilə yollarını ayırıb

Futbol
UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub

UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub

Futbol
Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox qələbə qazananlar açıqlanıb

Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox qələbə qazananlar açıqlanıb

Futbol
Azərbaycan təmsilçiləri avrokuboklarda yubiley qələbəsinin bir addımlığındadır

Azərbaycan təmsilçiləri avrokuboklarda yubiley qələbəsinin bir addımlığındadır

Futbol
"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

Futbol
Millətlər Liqası: Azərbaycan yığması Slovakiyaya qalib gəlib

Millətlər Liqası: Azərbaycan yığması Slovakiyaya qalib gəlib