Azərbaycan millisinin baş məşqçisi Gürcüstandakı təlim-məşq toplanışını dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi Gürcüstandakı təlim-məşq toplanışını dəyərləndirib

Azərbaycanın kişi voleybolçulardan ibarət millisinin baş məşqçisi Fərid Cəlalov Gümüş Avropa Liqasına hazırlıq məqsədi ilə Gürcüstanda keçirdikləri təlim-məşq toplanışını dəyərləndirib.

O, “Report”a açıqlamasında heyətdə itkilərin olduğunu bildirib.

Mütəxəssis komandaya gənc voleybolçular dəvət olunduğunu xatırladıb:

“Gürcüstan səfərinin komandamız üçün yaxşı olduğunu düşünürəm. Kapitanımız oynaya bilmir, bir çox itkilərimiz, zədəlilərimiz var. Onları bu il milliyə dəvət edə bilməmişik. Əvəzində heyətə MOİK-in, “Azərreyl”in gənc voleybolçuları cəlb olunub. Mirəşrəf Rzazadə, Vüsal Qurbanov, Hasil Seyidli ilk dəfə dəvət alıblar”.

O, Gürcüstanda keçirdikləri yoxlama görüşləri haqqında da danışıb:

“Toplanış zamanı Gürcüstan millisi ilə ilk yoxlama matçında 3:0 hesabı ilə üstün olduq. İkinci matçda isə 3:2 hesablı qələbə qazandıq. Lakin bu, ilk oyuna nisbətən daha gərgin idi. Birinci gün əsas heyətlə oynadıqsa, ikinci matçda gənclərə üstünlük verdik. Yoldaşlıq oyunları olduğu üçün voleybolçuların açılışmasına şərait yaratdıq. Dəyişikliklərə gəlincə, Mirəşrəf və Vüsal ilk dəfə milliyə dəvət olunmalarına baxmayaraq əsas heyətdə yer alacaqlar”.

F.Cəlalov Gümüş Avropa Liqasındakı hədəfləri də açıqlayıb:

“Əsas hədəfimiz gənclərin təcrübə qazanması və inkişafıdır. Çalışacağıq çempionatda öz yerlərini tutsunlar və klublarda əsas heyətdə yer alsınlar. Millinin heyətində təcrübə qazanmaqla daha gözəl nəticə əldə etsinlər. Təbii ki, bununla yanaşı rəqiblərin hər birinə gücümüzü göstərməyə çalışacağıq. Heç kimin uduzmaq fikri yoxdur. Çünki biz Azərbaycanı təmsil edirik. Gürcüstan və Farer Adaları milliləri üzərində qələbə qazana biləcəyimizi düşünürəm. Digər rəqibləri də istisna etmirəm. Ümumiyyətlə komanda daha çox oyun keçirməlidir. Çünki kollektiv gəncləşdirilib. Keçən ilə nisbətən yaşlı oyunçuların sayı azalıb. 25-30 yaş arasında olan oyunçularımızın sayı çox deyil. Yalnız kapitanımızın, Andrey Melnikovun və Dmitri Baranovun yaşı 30-dan çoxdur. Təbii ki, bu səbəblərdən keçən ilə nisbətən komandamızda geriləmə var. Zəiflik göz qabağındadır. Komanda yenilənib və daha təcrübəsiz oyunçular cəlb olunub. Onlar təcrübə qazanana qədər məğlubiyyətlərimiz, geriləmələrimiz ola bilər. Düşünürəm ki, önümüzdəki illərdə çatışmazlıqlar aradan qalxacaq. Həmçinin alt yapıda gənc voleybolçular da var, məşqlərini izləmişik. Aralarında boyu hündür olan, potensiallı uşaqlar çoxdur. Gələcəkdə milliyə kömək edə bilərlər. Bütün bunları nəzərə alaraq məşqçi kimi düşünürəm ki, 5 il sonrakı komandamız, 8-10 il əvvəlki kollektivə nisbətən daha üstün ola bilər”.

Qeyd edək ki, Azərbaycan Gümüş Avropa Liqasında ilk turun oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. Fərid Cəlalovun rəhbərlik etdiyi kollektivin rəqibləri ev sahibi ilə yanaşı, Gürcüstan yığması olacaq.

Komanda
Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Komanda
Azərbaycanın millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycanın millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Komanda
Stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə yollanıb

Stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə yollanıb

Komanda
Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Komanda
Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Komanda
Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Komanda
Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Komanda
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürüb

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürüb

Komanda
“Qarabağ” reqbi klubunun təsisçisi: “Şərait yaradılsa, yüksək nəticələr verə biləcək olimpiya yığması formalaşdırarıq”

“Qarabağ” reqbi klubunun təsisçisi: “Şərait yaradılsa, yüksək nəticələr verə biləcək olimpiya yığması formalaşdırarıq”

Komanda
Biləsuvarda "Vətənin müdafiəsinə hazıram" adlı rayon birinciliyi keçirilib

Biləsuvarda "Vətənin müdafiəsinə hazıram" adlı rayon birinciliyi keçirilib

Komanda
"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb