“Liverpul”dan “Brentford”a - RƏSMİ
"Liverpul"un qolkiperi Kuivin Kelleher komandasını dəyişib.
QELEBE.AZ xəbər verir ki, "Brentford" 26 yaşlı qapıçını heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa klubu irlandiyalı ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.
Tərəflər arasında razılaşmaya əsasən, "Liverpul" futbolçunun satışından 14,25 milyon avro gəlir əldə edəcək.
Qeyd edək ki, Kelleher 2015-ci ildən "Liverpul"da çıxış edirdi.

https://qalaba.az//uploads/photo/liverpuldan-brentforda-resmi.webp