Azərbaycanın millisinin analitiki: "Yığmaya faydalı olacağıma inanıram"

Azərbaycanın millisinin analitiki: "Yığmaya faydalı olacağıma inanıram"

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin analitiki Vüqar Mustafayev yığmadakı təyinatı ilə bağlı danışıb.

"Report"un Minskə ezam olunan əməkdaşına açıqlama verən "Sumqayıt"ın sabiq futblolçusu məsuliyyətli işə cəlb olunduğunu söyləyib.

"Bəzi səbəblərə görə futbolçu karyeramı başa vurmalı oldum. Sonuncu çıxış etdiyim "Sumqayıt" klubunun rəhbərliyindən iş təklifi almışdım. Eyni zamanda U-21 millisinin baş məşqçisi Ayxan Abbasov da məni məşqçilər heyətində görmək istədiyini bildirdi. Hər iki təklifi götür qoy etdim və yığmada çalışa biləcəyimə qərar verdim. Mənə güvənən hər kəsə öz təşəkkürümü bildirirəm. Bu, çox məsuliyyətli bir işdir. İnanıram ki, vaxtı ilə futbolçu kimi şərəfini qoruduğum yığmaya bu dəfə analitik kimi fayda verəcəm", - o, bildirib.

V.Mustafayev gələcəkdə baş məşqçi kimi fəaliyyət göstərmək istədiyini deyib:

"Artıq ilk addımı atdım. Təcrübə toplamaq, çalışdığım kollektivə yararlı olmaq istəyirəm. Gələcəkdə hər şey ola bilər. Nə vaxtsa özümü baş məşqçi kimi də sınaya bilərəm. Lakin düşünürəm ki, bu bir qədər tezdir. Özümü yoxlamaq istəyirəm ki, bu işi nə qədər irəli gedə biləcəm. Əgər alınsa, məqsədim baş məşqçi olmaqdır".

Qeyd edək ki, hazırda Belarusda təlim-məşq toplanışı keçən U-21 sabah bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Baranoviçi şəhər stadionunda təşkil olunacaq görüş yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Futbol
Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Futbol
Azərbaycan Kuboku: Bu gün 1/4 finalın daha 2 oyunu keçiriləcək

Azərbaycan Kuboku: Bu gün 1/4 finalın daha 2 oyunu keçiriləcək

Futbol
Azərbaycanın U-21 yığması 2 yoldaşlıq oyunu keçirəcək

Azərbaycanın U-21 yığması 2 yoldaşlıq oyunu keçirəcək

Futbol
Azərbaycanlı mütəxəssisin komandası Moldova Kuboku ilə vidalaşıb

Azərbaycanlı mütəxəssisin komandası Moldova Kuboku ilə vidalaşıb

Futbol
“Sabah” – “Şamaxı” oyununda ikinci qırmızı vərəqə göstərilib

“Sabah” – “Şamaxı” oyununda ikinci qırmızı vərəqə göstərilib

Futbol
Azərbaycan futzal yığmasının Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb

Azərbaycan futzal yığmasının Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb

Futbol
Benzema Makronun dünya çempionatının finalını birgə izləmək təklifini qəbul etməyib

Benzema Makronun dünya çempionatının finalını birgə izləmək təklifini qəbul etməyib

Futbol
DÇ-2022: İran Uelsə qalib gəlib

DÇ-2022: İran Uelsə qalib gəlib

Futbol
Qurban Qurbanov: "İlin məşqçisi seçilmək məsuliyyətimi daha da artırır"

Qurban Qurbanov: "İlin məşqçisi seçilmək məsuliyyətimi daha da artırır"

Futbol
"Barselona" La Liqanı məhkəməyə verib

"Barselona" La Liqanı məhkəməyə verib

Futbol
Eden Azar Belçika millisindəki karyerasını başa vurub

Eden Azar Belçika millisindəki karyerasını başa vurub

Futbol
Aleksandr Səmədov Rusiya millisinin AVRO-2024-ə buraxılmamasına münasibət bildirib

Aleksandr Səmədov Rusiya millisinin AVRO-2024-ə buraxılmamasına münasibət bildirib