Millimizin Latviya yığması ilə oyununun təyinatları açıqlanıb

Millimizin Latviya yığması ilə oyununun təyinatları açıqlanıb

Azərbaycan milli komandasının iyunun 7-də Latviya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları müəyyənləşib.

QELEBE.AZ xəbər verir ki, Riqa şəhərində yerləşən “Skonto” stadionunda baş tutacaq görüşü Maltadan olan baş hakim idarə edəcək.

Yoldaşlıq oyunu

7 iyun

17:00. Latviya - Azərbaycan

Baş hakim: Trustin Farrugia Cann (Malta)

Baş hakimin köməkçiləri: Luke Portelli, Roberto Vella (hər ikisi Malta)

Dördüncü hakim: Vitālijs Spasjonņikovs (Latviya)

Skonto stadionu.