Memorial iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər

Memorial iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər

“Vugar Gashimov Memorial-2022”nin iştirakçıları II Fəxri xiyabanda Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun məzarını ziyarət ediblər.

Turnirin mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, ziyarətdə yarış iştirakçıları, Təşkilat Komitəsinin üzvü - Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev və media nümayəndələri iştirak ediblər.

İştirakçılar şahmatçının məzarı önünə gül dəstələri qoyublar.

Turnirin direktoru Anar Allahverdiyev Vüqar Həşimovun dünya şahmatında qazandığı nailiyyətlərdən və idmanın bu növünün ölkəmizdə inkişafına verdiyi töhfələrdən söz açıb.

Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov ilk memorialdan etibarən yarışda güclü idmançıların iştirak etdiyini deyib: “Vüqar peşəkar idmançı olmaqla yanaşı, gözəl insan idi. Onun oyunları bu gün gənc şahmatçılar üçün bir dərslikdir. Nə qədər ki, şahmat var, Vüqar da həmişə xatirələrdə qalacaq”.

Çingiz Abdullayev Vüqar Həşimovun əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək bildirib ki, cavan yaşda bir insanı itirmək ağır hissdir: "Əgər bu şəxs istedadlı insandırsa ikiqat ağırdır. Hər bir azərbaycanlı Vüqarla fəxr etməlidir. Hər bir insan tarixdə iz qoymağı bacarmır. Ancaq Vüqar cavan yaşında bunu bacardı. Təkcə valideynləri, doğmaları deyil, bütün azərbaycanlılar Vüqarla fəxr edə bilərlər".

Çıxış edənlər Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Bəxtiyar Rüstəmov, tanınmış rusiyalı şahmatçı Yevgeni Tomaşevski, turnirin iştirakçıları özbəkistanlı Nodirbek Abdusattorov və ispaniyalı Fransisko Valyexo Pons Vüqar Həşimovun yüksək insani keyfiyyətlərindən, dünya şahmatında özünəməxsus oyun üslubundan danışıb, memorialın bu ildə yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar.

Vüqar Həşimovun atası Qasım Həşimov oğlunun cismən aramızda olmamasını qeyd edərək onun həmişə xatirələrdə yaşayacağını bildirib. Qeyd edib ki, Vüqar valideynlərinə və öz dövlətinə bağlı insan idi: "Onun oyunları bu gün də müzakirə olunur. Hamınıza təşəkkür edirəm ki, bu ildə bizimlə birlikdəsiniz".

Dekabrın 24-dək davam edəcək yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.

Fərdi
Premyer Liqada tarixi nailiyyət: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Premyer Liqada tarixi nailiyyət: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Fərdi
Azərbaycanda cüdonun yaranmasının 50 illiyinə həsr olunan marka dövriyyəyə buraxılıb

Azərbaycanda cüdonun yaranmasının 50 illiyinə həsr olunan marka dövriyyəyə buraxılıb

Fərdi
Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub

Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub

Fərdi
"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

Fərdi
Elxan Məmmədov: "Gənc cüdoçularımız böyüklərdən ibarət milliyə rəqabət verəcəklər"

Elxan Məmmədov: "Gənc cüdoçularımız böyüklərdən ibarət milliyə rəqabət verəcəklər"

Fərdi
Beynəlxalq federasiya Rusiya idmançılarının yarışlarda iştirakına icazə verib

Beynəlxalq federasiya Rusiya idmançılarının yarışlarda iştirakına icazə verib

Fərdi
Azərbaycan yığmasına Rusiyadan yeni fiqurlu konkisürən cəlb olunub

Azərbaycan yığmasına Rusiyadan yeni fiqurlu konkisürən cəlb olunub

Fərdi
Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal qazanıb

Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal qazanıb

Fərdi
Dünya çempionatının gümüş medalçısı qətlə yetirilib

Dünya çempionatının gümüş medalçısı qətlə yetirilib

Fərdi
Azərbaycan tennisçisi erməniyə qalib gələrək növbəti mərhələyə yüksəlib

Azərbaycan tennisçisi erməniyə qalib gələrək növbəti mərhələyə yüksəlib

Fərdi
Taekvondo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Taekvondo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Fərdi
"Qəbələ" İdman Klubu kikboksçusu ilə müqaviləni uzadıb

"Qəbələ" İdman Klubu kikboksçusu ilə müqaviləni uzadıb