Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı baş tutmaya bilər
Kanoe və avarçəkmə üzrə Serbiyada keçirilməli olan dünya çempionatı baş tutmaya bilər.
“QELEBE.AZ”un məlumatına görə, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) baş katibi Fərhad Əliyev 2022-ci ilin yekunlarına həsr olunan illik hesabat konfransı zamanı açıqlama verib.
O bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli böyük turnirlərdən hələlik yalnız İsveçrənin Lutsern şəhərindəki Dünya Kubokunun baş tutacağı dəqiqdir: “Həmçinin İtaliyanın Vareze şəhərində də analoji yarış olmalıdır”.
Baş katib olimpiada üçün əsas namizədlərinin Diana Dımçenko, Ziya Məmmədzadə və Bəhmən Nəsiri olduğunu vurğulayıb: “Ancaq yenə də konkret ad çəkmək üçün hələ tezdir. Lisenziya yarışları gələn ilin mayında başlayacaq. İki il ərzində lisenziya xarakterli turnirlər olacaq”.

https://qalaba.az//uploads/photo/kanoe-ve-avarchekme-uzre-serbiyadaki-dunya-chempionati-bash-tutmaya-biler.webp











