Ağasəlim Mircavadov: "Azərbaycan millisinin bugünkü oyunda qələbə qazanması çox vacibdir"

Ağasəlim Mircavadov: "Azərbaycan millisinin bugünkü oyunda qələbə qazanması çox vacibdir"

Futbol üzrə Azərbaycan millisi səfərdə Latviya yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyununda qələbə qazanmalıdır.

Bu barədə AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov "Report"a açıqlama verib.

O, yığmanın baş məşqçisi Fernandu Santuşun mart ayındakı təlim-məşq toplanışında bir sıra islahatlar apardığını söyləyib:

"Amma indiki halda eksperimentə ehtiyac yoxdur. Əsas heyəti təkmilləşdirmək və oyun taktikasını formalaşdırmaq lazımdır. Artıq sentyabrdan yığmanın rəsmi matçları start götürəcək. Bugünkü oyunda qalibiyyət psixoloji baxımdan millimiz üçün çox vacibdir. Komanda rəqibini məğlub etməli, oyunçular və məşqçilər özlərinə inanmalıdırlar. Yığmaya uğurlar arzulayıram. Qələbə qazanacaqlarına ümid edirəm. Əsas heyətə ən yaxın olan oyunçulara bu gün şans verilməlidir".

A. Mircavadov millinin sonuncu qalibiyyətini 2024-cü ilin iyununda qazanmasına da münasibət bildirib:

"Komandada problemlər var. Amma onlar həll olunmalıdır. Fernandu Santuş məşhur müətəxəssisdir. Portuqaliya millisindən sonra Polşa yığmasında və Türkiyənin "Beşiktaş" klubunda az işləyib. Ona inanmaq lazımdır. Özü də oyunçulara güvənməlidir".

Qeyd edək ki, bu gün Riqadakı "Skonto" stadionunda baş tutacaq Latviya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Futbol
AFFA "Sabah"ın futbolçusunu sərt cəzalandırıb

AFFA "Sabah"ın futbolçusunu sərt cəzalandırıb

Futbol
DÇ-2022: Xorvatiya - Belçika oyunu başlayıb

DÇ-2022: Xorvatiya - Belçika oyunu başlayıb

Futbol
Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”

Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”

Futbol
Çexiya klubunun məşqçisi: “Azərbaycan komandasından yaxşı oynadıq”

Çexiya klubunun məşqçisi: “Azərbaycan komandasından yaxşı oynadıq”

Futbol
AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edib

AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edib

Futbol
Bəhlul Mustafazadə: "Qələbələrin davamlı olmasını istəyirik"

Bəhlul Mustafazadə: "Qələbələrin davamlı olmasını istəyirik"

Futbol
Mahir Emrelinin "Dinamo"ya qayıdacağı tarix bəlli olub

Mahir Emrelinin "Dinamo"ya qayıdacağı tarix bəlli olub

Futbol
"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq

"Neftçi"nin oyunu tıxac səbəbindən gec başlayacaq

Futbol
Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"ə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"ə qalib gəlib

Futbol
Millətlər Liqası: Qazaxıstan yığması B Divizionuna vəsiqəni təmin edib

Millətlər Liqası: Qazaxıstan yığması B Divizionuna vəsiqəni təmin edib

Futbol
Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox qələbə qazananlar açıqlanıb

Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox qələbə qazananlar açıqlanıb

Futbol
Ukraynalı baş məşqçi təyinatından 10 gün sonra istefaya göndərilib

Ukraynalı baş məşqçi təyinatından 10 gün sonra istefaya göndərilib