Göyçayda üç güləş zalı istifadəyə verilib

Göyçayda üç güləş zalı istifadəyə verilib

Göyçayda üç güləş zalı istifadəyə verilib.

"Report" xəbər verir ki, açılış mərasimində Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Nəsimi Musayev, Göyçay UGİM-in direktoru Namət Şirinov, I-S dərəcəli hakim Asif Şirəliyev, I dərəcəli hakim Natiq Hacıyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin nümayəndələri və başqa şəxslər iştirak ediblər.

Göyçay şəhərində həm yunan-Roma, həm də sərbəst güləş üzrə zal fəaliyyətə başlayıb. Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən yunan-Roma güləşi zalında əməkdar məşqçilər Namət Şirinovla Kamran Baxışov, həmçinin məşqçilər Əkbər Məmmədli və Cəlal Miriyevin rəhbərliyi altında 70 yeniyetmə və gənc məşqlərə cəlb edilib. Heydər Əliyev prospektində yerləşən sərbəst güləş zalında isə məşqçilər Niyazi Əhmədov, Kamran Nuriyev və Coşqun Əsgərlinin rəhbərliyi altında 80 idmançı müntəzəm olaraq təlim-məşq prosesində iştirak edir.

Rayonun Bığır kəndində yerləşən 1 saylı məktəbin idman zalı da güləşçilərin ixtiyarına verilib. Əməkdar məşqçilər Namət Şirinov, Kamran Baxışov, məşqçilər Xamran Seyidov, Əkbər Məmmədli və Cəlal Miriyev yunan-Roma güləşi üzrə məşqlər keçir. Bu idman mərkəzində 130-dan artıq yeniyetmə və gənc güləşin sirrlərinə yiyələnir.

AGF tərəfindən inventarla təmin edilmiş hər 3 güləş zalında məşqlər ödənişsizdir. Bu da regionda kütləviliyi artıran əsas səbəbdir.

Qeyd edək ki, bölgələrdə güləş infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcək.

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək

Fərdi
Fərid Qayıbov: “Azərbaycan futbolunda güclü islahatlar lazımdır”

Fərid Qayıbov: “Azərbaycan futbolunda güclü islahatlar lazımdır”

Fərdi
Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərdi
Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb

Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb

Fərdi
Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Fərdi
Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Fərdi
Alfonso Dominges: “Əsas hədəfim dünya çempionu titulumu qorumaqdır” – MÜSAHİBƏ

Alfonso Dominges: “Əsas hədəfim dünya çempionu titulumu qorumaqdır” – MÜSAHİBƏ

Fərdi
Qış Olimpiya Oyunlarını izləyənlərin sayı açıqlanıb

Qış Olimpiya Oyunlarını izləyənlərin sayı açıqlanıb

Fərdi
Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Fərdi
Rusiyanın 5 qat olimpiya çempionu ölkəni tərk edib

Rusiyanın 5 qat olimpiya çempionu ölkəni tərk edib

Fərdi
Rusiya Dövlət Dumasının sabiq deputatı dopinqə görə cəzalandırılıb

Rusiya Dövlət Dumasının sabiq deputatı dopinqə görə cəzalandırılıb

Fərdi
Elxan Məmmədov: "Gənc cüdoçularımız böyüklərdən ibarət milliyə rəqabət verəcəklər"

Elxan Məmmədov: "Gənc cüdoçularımız böyüklərdən ibarət milliyə rəqabət verəcəklər"