FİF-in icraçı direktoru: "Bəzi klublarla bağlı danışıqlar apardığımız potensial sponsorlar var" - MÜSAHİBƏ

FİF-in icraçı direktoru: "Bəzi klublarla bağlı danışıqlar apardığımız potensial sponsorlar var" - MÜSAHİBƏ

Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev "QELEBE.AZ"un suallarını cavablandırıb. FİF rəsmisi qurumun üçillik fəaliyyəti, qarşıdakı hədəfləri barədə danışıb.

- FİF üç illik hesabatını açıqlayıb. Qurumun bu müddət ərzində fəaliyyətini necə dəyərləndirirsiniz?

- Fəaliyyətimizi müsbət dəyərləndirirəm. Ümid edirəm ki, futbol ictimaiyyəti də eyni fikirdədir. Müəyyən nəticələrimiz oldu, yeniliklər etdik, bölgə təmsilçilərinin hamısına bərabər diqqət ayırmağa çalışdıq. Amma ən önəmlisi, əminəm ki, FİF-in ölkə futbolunun, xüsusilə bölgə futbolunun inkişafı üçün vacib alətlərdən biri olduğunu göstərə bildik.

- Qurumun qarşıdakı illərdə hədəfləri nədir?

- Əsas hədəf dayanıqlı, "öz ayağı üzərində duran klub" nümunələrini formalaşdırmaq olaraq qalır. Hazırda AFFA-nın İnkişaf Strategiyasına uyğun olaraq, FİF-in üzərinə götürəcəyi sahələri müəyyənləşdiririk. Fəaliyyətimiz əsasən uzunmüddətli nəticəyə hədəflənən, klubların məhsul olaraq formalaşması, əməkdaşların bilik və bacarıqlarının artırılması, həmçinin idman idarəetməsi üzrə kadrların hazırlanması və qısa müddətli nəticəyə hədəflənən, maliyyə kanallarının formalaşdırılması, sponsor və tərəfdaşların cəlb olunması üzərində qurulacaq.

- FİF əsasən bölgə klublarına sponsorlar tapıb. Bu yöndə hansısa klublarla danışıqlar davam edir?
- Bölgə klublarına sponsorların cəlb olunması üçün işlərimiz davam edəcək. Bunun üçün istər korporativ seqment, istərsə də bölgələrdən olan sahibkarlarla əlaqələri genişləndirməyə çalışırıq. Bəzi klublarla bağlı danışıqlar apardığımız potensial sponsorlar var. Həmçinin "Biznes klub" formatı sahibkarlarla davamlı əlaqələrin saxlanılmasına kömək edir.

- Növbəti mövsüm Premyer Liqaya daha üç bölgə klubu vəsiqə qazanıb. "Karvan", "Qəbələ" və "İmişli"yə bu yöndə dəstək olacaq?
- "Karvan" və "İmişli" individual əməkdaşlıq etdiyimiz klublar sırasındadır. Hər iki klubda ötən mövsüm "oyun günü" məhsulunun formalaşdırılması üçün əməkdaşlığımız olub. Xüsusilə Yevlaxda elektron bilet satışı, azarkeş məlumat bazasının toplanılması, azarkeşlərlə ikitərəfli kommunikasiyanın qurulması ilə bağlı yaxşı təcrübə yaşadıq. Bu işlərlə yanaşı, "oyun günü" təcrübəsinin artırılması ilə bağlı işləri davam etdirəcəyik. "Qəbələ"yə bu vaxta qədər individual dəstək vermək imkanımız olmayıb. Amma klubla görüşüb növbəti mövsümdə dəstək imkanlarını müzakirə etmək istəyirik.

- FİF növbəti dəfə UEFA-nın Uşaq Fondu tərəfindən mükafatlandırılıb və quruma 38500 avro mükafat ayrılıb. Bu məbləğ hara xərclənəcək?

- Bu məbləği əsasən klub əməkdaşlarının bilik və bacarıqlarının artırılması üçün təşkil ediləcək seminarlara, həmçinin hazırda üzərində çalışdığımız təhsil platformasına xərcləməyi düşünürük.

Futbol
Herbert Hayner yenidən "Bavariya"nın prezidenti seçilib

Herbert Hayner yenidən "Bavariya"nın prezidenti seçilib

Futbol
Messi gələn yay "Barselona"ya qayıdacaq

Messi gələn yay "Barselona"ya qayıdacaq

Futbol
Bundesliqa: “Borussiya” Dortmund səfərdə Mönhenqladbax “Borussiya”sına uduzub

Bundesliqa: “Borussiya” Dortmund səfərdə Mönhenqladbax “Borussiya”sına uduzub

Futbol
Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox qələbə qazananlar açıqlanıb

Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox qələbə qazananlar açıqlanıb

Futbol
"Şamaxı" klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib

"Şamaxı" klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib

Futbol
Avstraliya Tunisə qalib gəlib

Avstraliya Tunisə qalib gəlib

Futbol
Fransa klubu "Qarabağ"la oyun öncəsi baş məşqçisini qova bilər

Fransa klubu "Qarabağ"la oyun öncəsi baş məşqçisini qova bilər

Futbol
Messi millidə çıxışını davam etdirəcək

Messi millidə çıxışını davam etdirəcək

Futbol
"Qarabağ"ın legioneri: "Frayburq"la oyunu böyük həvəslə gözləyirik"

"Qarabağ"ın legioneri: "Frayburq"la oyunu böyük həvəslə gözləyirik"

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında XVI tur başa çatacaq

Bu gün Azərbaycan Premyer Liqasında XVI tur başa çatacaq

Futbol
Avropa Liqası: "Qarabağ" - "Frayburq" oyunu azarkeş sayına görə 6-cı olub

Avropa Liqası: "Qarabağ" - "Frayburq" oyunu azarkeş sayına görə 6-cı olub

Futbol
"Qarabağ"ın zədəlilərindən biri sıraya dönüb, digəri Portuqaliyadadır

"Qarabağ"ın zədəlilərindən biri sıraya dönüb, digəri Portuqaliyadadır