Pedro “Latsio”da qalacaq

Pedro “Latsio”da qalacaq

“Latsio”nun futbolçusu Pedronun taleyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, klub 37 yaşlı hücumçunu komandada saxlayacaq.

Tərəflər arasında yeni müqavilənin müddəti bir ildir.

Qeyd edək ki, 2021-ci ilin yayından Roma təmsilçisində çıxış edən Pedro bu mövsüm A Seriyasında 30 oyunda 10 qol vurub.