“Arsenal”ın müdafiəçisi İtaliya klubunun radarına düşüb
“Arsenal”ın müdafiəçisi Oleksandr Zinçenko A Seriyasına keçə bilər.
QELEBE.AZ xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” ukraynalı futbolçunu Teo Hernandesə əvəzləyici olaraq görür və transfer etmək istəyir.
Zinçenko özü də karyerasını İtaliya klubunda davam etdirməyə hazırdır.
28 yaşlı müdafiəçi 2024/25 mövsümündə İngiltərə Premyer Liqasında 15 oyun keçirib və bir sarı vərəqə alıb. Onun “Arsenal”la müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

https://qalaba.az//uploads/photo/arsenalin-mudafiechisi-italiya-klubunun-radarina-dushub.webp