"Bavariya"nın forvardı "Dinamo"da - Rəsmi
"Bavariya" Qabriel Vidoviçin Zaqreb "Dinamo"suna transferini rəsmən təsdiqləyib.
Apasport.az xəbər verir ki, bu barədə Almaniya klubunun saytı məlumat yayıb.
21 yaşlı futbolçu Xorvatiya klubuna daimi olaraq keçib.
Vidoviç 2016-cı ildən “Bavariya”nın müxtəlif yaş qruplarında çıxış edib.
O, Münhen komandasının əsas komandasında 8 oyun keçirib.

https://qalaba.az//uploads/photo/quotbavariyaquotnin-forvardi-quotdinamoquotda-resmi.webp