“Sabah”ın Avropa Liqasındakı rəqibi ötən mövsüm Konfrans Liqasının 1/4 finalında oynayıb - TANITMA

“Sabah”ın Avropa Liqasındakı rəqibi ötən mövsüm Konfrans Liqasının 1/4 finalında oynayıb - TANITMA

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah”a rəqib olan Sloveniyanın “Sele” klubu ötən mövsüm UEFA Konfrans Liqasının 1/4 finalında oynayıb.

“QELEBE.AZ” xəbər verir ki, Sloveniya təmsilçisi 1919-cu ildə yaradılıb.

Komanda 1964-cü ildə “Kladivar” adı altında Yuqoslaviyanın II liqasında iştirak edib və burada cəmi bir il oynayıb. 1991-ci ildə Sloveniya müstəqillik qazandıqdan sonra ölkənin əsas liqasında “Publikum” adı ilə çıxış etməyə başlayıb, 2007-ci ildə isə yenidən “Sele” adlandırılıb. Komanda heç vaxt elitanı tərk etməyib.

Komanda iki dəfə (2019/2020, 2023/2024) ölkə çempionu (1991-ci ildən bəri) adını qazanıb. Həmçinin 2004/2005 və 2024/2025 mövsümündə Sloveniya Kubokunun sahibi olub.

İspaniya millisinin sabiq futbolçusu, vaxtilə "Liverpul" və "Qalatasaray" kimi tanınmış klubların formasını geyinmiş Albert Rieranın başçılıq etdiyi "Sele" UEFA Konfrans Liqasının 2024/2025 mövsümündə 1/4 finalda oynayıb. Komanda bu mərhələdə İtaliyanın “Fiorentina” klubuna iki görüşün nəticəsinə (1:2, 2:2) görə uduzaraq mübarizəni dayandırıb.

“Sele”nin avrokuboklarda bu mərhələyə qədər gəlməsi Sloveniya komandaları arasında indiyə qədər qazanılan ən böyük uğur kimi tarixə düşüb.

“Sabah”ın rəqibi ev oyunlarını təmsil etdiyi şəhərdə yerləşən 13 059 azarkeş tutumuna malik "Zdejele" stadionunda keçirir. Klubun prezidenti rusiyalı biznesmen Valeri Kolotilodur.

Qeyd edək ki, "Sabah" “Sele”yə qarşı ilk matçını iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.

Futbol
Sinişa Mixayloviç vəfat edib

Sinişa Mixayloviç vəfat edib

Futbol
Xavi Zidanın rekordunu geridə qoyub

Xavi Zidanın rekordunu geridə qoyub

Futbol
"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

Futbol
Ronaldunun karyerasını başa vuracağı tarix bəlli olub

Ronaldunun karyerasını başa vuracağı tarix bəlli olub

Futbol
Çempionlar Liqası: Daha bir komanda 1/8 finala yüksəlib

Çempionlar Liqası: Daha bir komanda 1/8 finala yüksəlib

Futbol
Pelenin dəfn olunacağı tarix açıqlanıb

Pelenin dəfn olunacağı tarix açıqlanıb

Futbol
İtaliya futbolunda qeyri-adi hadisə: Hakim kənara vurulan topu qol kimi qeydə alıb

İtaliya futbolunda qeyri-adi hadisə: Hakim kənara vurulan topu qol kimi qeydə alıb

Futbol
Jerar Pike təşkilatçısı olduğu turnirdə oynaya bilər

Jerar Pike təşkilatçısı olduğu turnirdə oynaya bilər

Futbol
Murad Musayev: "Bu cür komandaları udmağın yollarını tapmalıyıq"

Murad Musayev: "Bu cür komandaları udmağın yollarını tapmalıyıq"

Futbol
"Nant"ın baş məşqçisi: "Bakıda uduzduğumuz oyundan sonra geridönüş etdik"

"Nant"ın baş məşqçisi: "Bakıda uduzduğumuz oyundan sonra geridönüş etdik"

Futbol
Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Futbol
Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub

Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub