"İnter" yeni forvard transfer etməyə yaxındır

"İnter" yeni forvard transfer etməyə yaxındır

"Parma"nın hücumçusu Anj-Yoan Bonni "İnter"ə keçməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, bu barədə insayder Nicolo Şira məlumat yayıb.

Mənbənin sözlərinə görə, 21 yaşlı futbolçunun kom"İnter"ə qoşulmasına bir addım qalıb.

Fransız futbolçu 2030-cu ilə qədər illik 2 milyon avro maaşla müqavilə imzalamağa razıdır. Yoan Bonni 20 milyon avro dəyərində qiymətləndirilib.

A Seriyasının son mövsümündə forvard "Parma"nın heyətində 37 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.