Ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna yekun vurulub, ən güclülər müəyyənləşib

Ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna yekun vurulub, ən güclülər müəyyənləşib

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında qadınlar, kişilər və veteranlar arasında kaçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna yekun vurulub.

"Report"un məlumatına görə, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayıb.

Ölkə kubokuna 25 nəfər qadın idmançı qatılıb ki, bu da Azərbaycan ağır atletikası tarixində bir ilkdir. Bugünədək respublika dərəcəli heç bir yarışda bu qədər qadın ağır atlet iştirak etməyib. Onlar həm müxtəlif çəki dərəcələrində, həm də mütləq qalibi müəyyən ediblər. Öz çəki dərəcələrində Samirə Rzayeva, Nazilə İsmayılova, Selcan Qarayeva, Fazilə İmanova, Ayişə Əliyeva, Fidan Mirzəzadə, Rahilə Hüseynzadə, Leyla Məhərrəmova və Elnarə Rəşidova qızıl medallara sahib çıxıblar.

Qadınlar arasında mütləq qalib - Azərbaycan Kubokunda “Ən güclü qadın idmançı” adını 222,15 Sinkleyr xalı ilə Lənkəran təmsilçisi Rahilə Hüseynzadə qazanıb və ona Azərbaycan Kuboku təqdim edilib.

Qadınların komanda hesabında 115 xal toplayan Sumqayıt 1-ci, 126 xal toplayan Qazax 2-ci, 67 xal toplayan Bakı-Herkules komandaları 3-cü yeri tutublar. Komandalar tutduqları yerə uyğun olaraq Azərbaycan Kuboku ilə təltif olunublar.

Kişilərdə öz çəki dərəcələrində Amin Osmanov, Turan Əliyev, İsa Rüstəmov, Ömər Cavadov, Füqan Əliyev, Sənan Mirzəyev, Elşən Şərifov, Əli Şükürlü, Dadaş Dadaşbəyli və İsmayıl Qurbanov qızıl medal qazanıblar.

Kişilər arasında mütləq qalib – Azərbaycan Kubokunda “Ən güclü kişi idmançı” adını 393,93 Sinkleyr xalı ilə Qobustan təmsilçisi Dadaşbəyli qazanıb və ona Azərbaycan Kuboku təqdim edilib.

Kişilərin komanda hesabında 216 xal toplayan Qazax 1-ci, 182 xal toplayan Goranboy 2-ci, 160 xal toplan Qobustan komandaları 3-cü yeri tutublar.

Komandalar tutduqları yerə uyğun olaraq Azərbaycan Kuboku ilə tətltif olunublar.

Fərdi
Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb

Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb

Fərdi
"Formula 1": Yaponiya Qran-prisinin qalibi bəlli olub

"Formula 1": Yaponiya Qran-prisinin qalibi bəlli olub

Fərdi
Naxçıvan Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

Naxçıvan Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi təxirə salınıb

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi təxirə salınıb

Fərdi
Azərbaycan avarçəkəni dünya çempionatının finalına yüksəlib

Azərbaycan avarçəkəni dünya çempionatının finalına yüksəlib

Fərdi
Federasiya rəsmisi: "Qarabağın digər regionlarında da yarışlar planlaşdırılır"

Federasiya rəsmisi: "Qarabağın digər regionlarında da yarışlar planlaşdırılır"

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb

Azərbaycan cüdoçuları dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb

Fərdi
Dünya çempionatı: Süleymanov uduzub, daha iki taekvondoçu mübarizəyə başlayır

Dünya çempionatı: Süleymanov uduzub, daha iki taekvondoçu mübarizəyə başlayır

Fərdi
Şamaxıda badminton üzrə layihə həyata keçirilib

Şamaxıda badminton üzrə layihə həyata keçirilib

Fərdi
Azərbaycanın daha üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Azərbaycanın daha üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Fərdi
"Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB

"Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB

Fərdi
Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb