Faiq Qarayev: "Qızıl Avropa Liqası reytinq baxımından Azərbaycan voleybolu üçün vacib idi"

Faiq Qarayev: "Qızıl Avropa Liqası reytinq baxımından Azərbaycan voleybolu üçün vacib idi"

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev komandanın Qızıl Avropa Liqasında uğursuz çıxışını dəyərləndirib.

Mütəxəssis bu barədə "Report"a açıqlama verib.

O, bəzi aparıcı oyunçuların zədə səbəbindən matçlarda iştirak edə bilmədiyini söyləyib:

"Qızıl Avropa Liqası bizim üçün uğursuz alındı. Bəzi aparıcı oyunçularımız zədə səbəbindən oyunlarda iştirak edə bilmədilər. Bu da bizə ciddi çətinliklər yaratdı. Ayşən Abduləzimova və Marqarita Stepanenko zədəli olduqlarından milliyə kömək edə bilmədilər. Onlar Bakıda komandanın yanında idilər, lakin səhhətləri ilə əlaqədar, həkim icazəsi olmadığına görə məşqlərə qatılmadılar. Anastasiya Bayduk və Anastasiya Mertsalova isə ilk oyunda zədələndilər. Hazırda zədəli oyunçularımızın müalicəsi həkim nəzarəti altında davam edir. Əlbəttə, bu yarış reytinq baxımından vacib idi, biz də daha yaxşı nəticələr əldə etmək istəyirdik. Lakin müəyyən səbəblərdən bunu bacarmadıq".

F.Qarayev növbəti il Bakıda keçiriləcək Avropa çempionatına ciddi hazırlaşacaqlarını söyləyib:

"Qarşıda bizi AVRO-2026 gözləyir. Əsas məqsədimiz odur ki, komanda qitə birinciliyində bütün aparıcı oyunçuları ilə çıxış etsin və uğurlu nəticə qazansın. İnanırıq ki, ölkəmizdə keçiriləcək bu möhtəşəm yarışda uğurla çıxış edəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasında Macarıstan, Sloveniya, Slovakiya və Rumıniyaya 0:3, Monteneqro və Xorvatiyaya isə 1:3 hesabı ilə uduzub.

Komanda
Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Komanda
Azərbaycan millisinin voleybolçusu İsrail klubuna keçib

Azərbaycan millisinin voleybolçusu İsrail klubuna keçib

Komanda
CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

Komanda
Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Komanda
Qadın voleybolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın voleybolçular arasında Azərbaycan çempionatına start verilib

Komanda
Azərbaycan basketbol tarixində ilk dəfə 5 liqalı mövsüm olacaq

Azərbaycan basketbol tarixində ilk dəfə 5 liqalı mövsüm olacaq

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

Komanda
Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Komanda
Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Yüksək Liqa: "Murov" mövsümə qələbə ilə başlayıb

Komanda
Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Komanda
“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub