Tarixdə bu gün – Semih Şentürkün əfsanə qolu - VİDEO
Bu gün, 20 iyun 2025-ci il tarixində, Semih Şentürkün Xorvatiya millisinin qapısına vurduğu tarixi qoldan 17 il ötür.
QELEBE.AZ xəbər verir ki, AVRO-2008-in 1/4 final mərhələsində baş tutan qarşılaşmada Semih, oyunun 120+2-ci dəqiqəsində Türkiyə millisinin bərabərlik qolunu vuraraq oyunu penaltilərə daşıyıb (1:1).
Türkiyə penalti seriyasında 3:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Avropa çempionatları tarixində "ən gec vurulan qollar" siyahısına düşən həmin qolu sizə təqdim edirik:

https://qalaba.az//uploads/photo/tarixde-bu-gun-semih-shenturkun-efsane-qolu-video.webp