Tbilisidə İdman Elm Forumu keçirilib 

Tbilisidə İdman Elm Forumu keçirilib 

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə İdman Elm Forumu keçirilib.

"QELEBE.AZ"un Gürcüstan bürosunun məlumatına görə, tədbirdə idmanın, xüsusən də futbolun inkişafı, idmançıların sağlamlığının qorunması, eləcə də bu sahədə hüquqi və elmi əsasların gücləndirilməsi məsələləri müzakirə olunub.

Forum çərçivəsində çıxış edən Gürcüstanın tanınmış futbolçusu Şota Arveladze bildirib ki, Tbilisidə İdmanın Elmi İnkişafı İnstitutunun yaradılması təşəbbüsü də gündəmdədir. Onun sözlərinə görə, bu institut klassik ali təhsil müəssisələrindən fərqli olaraq, idmançılar üçün xüsusi ixtisaslaşmış təhsil, elmi tədqiqat və tibbi dəstək platforması rolunu oynayacaq:

“İnstitut insan anatomiyası, idmançıların sağlamlığının qorunması, 40 yaşdan sonra da fəal şəkildə idmanla məşğul olmaq üçün şəraitin yaradılması və beynəlxalq əməkdaşlıq məsələlərinə fokuslanacaq. Burada təkcə Gürcüstan deyil, digər ölkələrin idmançıları da təhsil və dəstək ala biləcəklər”.

O, həmçinin vurğulayıb ki, bu təşəbbüs dünyaca məşhur futbol əfsanəsi Yohan Kroyfun irsindən ilhamlanaraq hazırlanıb:

Şota Arveladze
Şota Arveladze

“Gürcüstanda bu cür tədbirlər ona görə keçirilir ki, Kroyf özü bir filosof idi. O, göstərirdi ki, idman yalnız fiziki güc deyil – zehni hazırlıq və bilik də vacibdir. Təhsil və idmanı birləşdirmək gələcək nəsillər üçün əsas prioritet olmalıdır. Məsələn, məhz belə yanaşma sayəsində Messi və ya Ronaldu kimi futbolçular 40 yaşlarına qədər yüksək formada qalmağı bacarırlar.”

Şota Arveladze əlavə edib ki, bu cür institutlar idmanla yanaşı, mədəniyyətin də inkişafına töhfə verir və idmançıların karyerasını uzatmağa imkan yaradır. Onun fikrincə, bu model gələcəkdə Azərbaycanda da tətbiq oluna bilər:

“Bu, akademiya deyil, institutdur. Lisenziya əsasında fəaliyyət göstərir və müxtəlif ölkələrdə lisenziya ilə fəaliyyət mümkündür. Əlbəttə ki, Azərbaycanda da belə bir institut yaradıla bilər”.

Gürcüstanla Azərbaycan arasında idman sahəsində əməkdaşlığı yüksək qiymətləndirən Arveladze deyib:

“Biz qardaş və dost ölkələrik. İdmançılarımız fərdi qaydada böyük uğurlar əldə edirlər. Əminəm ki, gələcəkdə idmanın bütün sahələrində daha yüksək nəticələr görəcəyik”, -deyə Arveladze bildirib.

Futbol
Qızı Pelenin xəstəxanadan fotosunu paylaşıb

Qızı Pelenin xəstəxanadan fotosunu paylaşıb

Futbol
Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq - FOTO

Gəncə şəhər stadionunda tikinti işləri ilin sonuna kimi başa çatdırılacaq - FOTO

Futbol
DÇ-2022: Mərakeş qrup qalibi kimi pley-offa adlayıb

DÇ-2022: Mərakeş qrup qalibi kimi pley-offa adlayıb

Futbol
Barış Şimşek: "Aut qərarı yanlışdır, amma buna VAR-da baxılmır"

Barış Şimşek: "Aut qərarı yanlışdır, amma buna VAR-da baxılmır"

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Futbol
Mahmud Qurbanov: "Sonuncu yerdəyiksə, çox danışmağa dəyməz"

Mahmud Qurbanov: "Sonuncu yerdəyiksə, çox danışmağa dəyməz"

Futbol
Azərbaycan Birinci Divizionu dünyada ilk “10-luğ”a düşüb

Azərbaycan Birinci Divizionu dünyada ilk “10-luğ”a düşüb

Futbol
“Sumqayıt”ın qış hazırlıq planı açıqlanıb

“Sumqayıt”ın qış hazırlıq planı açıqlanıb

Futbol
“Qarabağ” səfərdə “Olimpiakos”la qarşılaşacaq

“Qarabağ” səfərdə “Olimpiakos”la qarşılaşacaq

Futbol
Qvardiola "Mançester Siti" ilə müqaviləni uzadır

Qvardiola "Mançester Siti" ilə müqaviləni uzadır

Futbol
Azərbaycan millisi tarixində mütləq rekord vurulub

Azərbaycan millisi tarixində mütləq rekord vurulub

Futbol
Pelenin dəfn olunacağı tarix açıqlanıb

Pelenin dəfn olunacağı tarix açıqlanıb