Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti: "Nazim Sadıxovdan UFC-də gözləntilərim böyükdür"

Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti: "Nazim Sadıxovdan UFC-də gözləntilərim böyükdür"

Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov bu gün Bakı Kristal Zalında baş tutacaq “UFC Fight Night” turnirində çıxış edəcək Azərbaycan idmançılarının şanslarını dəyərələndirib.

Qurum rəhbəri bu barədə "QELEBE.AZ"a açıqlama verib.

O, Rafael Fiziyevin çilili İqnasio Bahamondeslə görüşdə qələbə qazanacağına inandığını deyib:

"Rafael Fiziyevin mütləq şəkildə qələbə qazanacağına inanıram. Qalib gəlməsə, yəqin ki, özünü bağışlamaz. Fiziyevin gücünə şübhə etmirəm.

Nazim Sadıxovda isə güclü potensial görürəm. Bu, şəxsi fikrimdir. O, yüksək pillələrə qalxacaq səviyyədə idmançıdır. Özüm əvvəllər çox döyüşmüşəm və Sadıxovun gələcək vəd etdiyini görə bilirəm. Nazim elə görüşlərdə qələbə qazanacaq ki, çoxları təəccüblənəcək. Onun boyu da imkan verir ki, rəqiblərinə qalib gəlsin. Braziliyalı Nikolas Motta ilə görüşdə Nazimdən yaxşı nəticə gözləyirəm. Düşünürəm ki, rəqibini üstələyəcək. Çünki Nazim Sadıxov döyüşəndə rəqib tez yorulur.

Tofiq Musayev təcrübəli idmançıdır. Onun sürətli döyüşləri hər kəsə bəllidir. Əl və ayaqları çox işləkdir. Bir çox rəqiblərini sürəti hesabına məğlub edir. Bu dəfə də belə olacağına inanıram. Baxmayaraq ki, onun qırğızıstanlı rəqibi Mıktıbek Orolbainin döyüş tərzini anlamaq olmur. Hər dəfə oktaqona çıxanda fərqli döyüş nümayiş etdirir. İstənilən halda, hər üç döyüşçümüzə uğurlar arzulayırıq".

A.Əsgərov Azərbaycanın ev sahibliyi etdiyi yarışlardan hər zaman alnıaçıq çıxdığını söyləyib:

"Dövlətimiz daim idmana dəstək göstərir. Cənab Prezident İlham Əliyev idmana yaxın olduğu üçün hər zaman onun diqqət və qayğısını hiss edirik. Daha əvvəl ölkəmizdə Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və başqa nüfuzlu yarışlar keçirilib. UFC də dünyanın böyük təşkilatlarından biridir. Həm də bütün dünyanın diqqət mərkəzində olan turnirdir. Azərbaycana müxtəlif yerlərdən turistlər gələcək, ölkəmiz, şəhərimiz tanınacaq. Biz ölkə olaraq hər zaman yüksək təşkilatçılıqlarla yadda qalmışıq".

Qeyd edək ki, Bakı Kristal Zalında təşkil olunacaq yarışda ilkin döyüşlər saat 20:00-da, əsas qarşılaşmalar saat 23:00-da başlayacaq. “UFC Fight Night”ın əsas görüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

Fərdi
Rusiya və Belarus tennisçiləri Avstraliya Açıq çempionatına buraxılacaqlar

Rusiya və Belarus tennisçiləri Avstraliya Açıq çempionatına buraxılacaqlar

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatı: Qarışıq komanda yarışlarının qalibi bəlli olub

Cüdo üzrə Azərbaycan çempionatı: Qarışıq komanda yarışlarının qalibi bəlli olub

Fərdi
Azərbaycan Velosiped Federasiyası rəsm müsabiqəsinin qaliblərini açıqlayıb

Azərbaycan Velosiped Federasiyası rəsm müsabiqəsinin qaliblərini açıqlayıb

Fərdi
Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirin bağlanış mərasimi keçirilib

Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirin bağlanış mərasimi keçirilib

Fərdi
Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Fərdi
Dünya çempionatı: Hacı Əliyev bürünc medal görüşündə məğlub olub

Dünya çempionatı: Hacı Əliyev bürünc medal görüşündə məğlub olub

Fərdi
Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Hacı Əliyev bu gün mübarizəyə başlayır

Fərdi
Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Şuşada ilk beynəlxalq şahmat turnirinin açılış mərasimi olub

Fərdi
Şəkidə "İdman festivalı 2022"nin açılışı olub

Şəkidə "İdman festivalı 2022"nin açılışı olub

Fərdi
Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb