Azərbaycan boksçuları Astanada toplanış keçəcəklər

Azərbaycan boksçuları Astanada toplanış keçəcəklər

Azərbaycanın kişi boksçulardan ibarət millisi Qazaxıstanın paytaxtı Astanada təlim-məşq toplanışı keçəcəklər.

Bu barədə "Report"a Boks Federasiyasından məlumat verilib.

Hazırlıqda Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Zəlimxan Süleymanov, Məhəmmədəli Aşurəliyev, Məhəmmədəli Qasımzadə (hamısı 60 kq), Zaur Qəhrəmanov, Malik Həsənov (hər ikisi 65 kq), Nəbi İsgəndərov (70 kq), Rasim Çobanlı (75 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+90 kq) iştirak edəcəklər.

Milli iyunun 28-də yekunlaşacaq toplanışda ABŞ, Kanada, Belçika, Qazaxıstan, İsveçrə və Avstraliya ilə birgə məşq edəcək, sınaq döyüşləri keçirəcək.

Hazırlığın yekununda Zaur Qəhrəmanov, Məhəmmədəli Aşurəliyev və Zəlimxan Süleymanov Bakıya dönəcək, digər boksçular isə Qazaxıstanda keçiriləcək Dünya Kubokuna qatılacaqlar. Bu yarış iyunun 30-dan iyulun 7-dək davam edəcək. Dünya Kubokunda həmçinin qadın boksçularımızdan Marjona Savriyeva (51 kq), Zeynəb Rəhimova (54 kq) və Aynur Mikayılova (57 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, bu gün Astanaya yollanacaq kişi boksçular iyulun 8-də Bakıya qayıdacaqlar. Qadınlardan ibarət millimiz isə Türkiyənin Kastamonu şəhərində hazırlıq keçir.

Fərdi
Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna satılmış biletlərin sayı açıqlanıb

Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna satılmış biletlərin sayı açıqlanıb

Fərdi
Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Fərdi
Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Fərdi
Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Fərdi
Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"

Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"

Fərdi
Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Fərdi
Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

Fərdi
Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Fərdi
Fərid Xəlilov: "Ölkə çempionatının bir turunu azad edilmiş ərazilərə sala bilərik"

Fərid Xəlilov: "Ölkə çempionatının bir turunu azad edilmiş ərazilərə sala bilərik"

Fərdi
Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

Fərdi
Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərdi
Azərbaycanın 39 şahmatçısı Avropa çempionatında iştirak edəcək

Azərbaycanın 39 şahmatçısı Avropa çempionatında iştirak edəcək