Məmmədyarov ABŞ turnirinə vəsiqə qazana bilməyib
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Las-Veqasda keçiriləcək "Freestyle Chess Grand Slam"a vəsiqə uğrunda üçüncü mərhələnin seçmə turnirində iştirak edib.
Apasport.az xəbər verir ki, 1/4 finalda ukraynalı Martin Kravtsivlə qarşılaşan qrossmeysterimiz 0:2 hesabı ilə uduzub.
Seçmə turnirin qalibi amerikalı Hans Nimman olub. O, finalda belaruslu Denis Lazaviki məğlub edib.
Qeyd edək ki, Las-Veqasda Maqnus Karlsen də daxil olmaqla 14 şahmatçı mübarizə aparacaq.

https://qalaba.az//uploads/photo/memmedyarov-absh-turnirine-vesiqe-qazana-bilmeyib.webp