“Difai”nin yeni baş məşqçisi komandanın Azərbaycan I Liqasındakı hədəfini açıqlayıb

“Difai”nin yeni baş məşqçisi komandanın Azərbaycan I Liqasındakı hədəfini açıqlayıb

Azərbaycanın I Liqa təmsilçisi “Difai”nin 2025/2026 mövsümündə əsas hədəfi ilk “5-lik”də yer almaq olacaq.

Bu barədə “QELEBE.AZ”a komandanın yeni təyin olunan baş məşqçisi Araz Bağırov bildirib.

43 yaşlı mütəxəssis klubun maliyyə durumunun aşağı olması səbəbindən nisbətən gənc futbolçulara üstünlük verəcəklərini söyləyib:

“Komandanı, demək olar ki, sıfırdan yığırıq. Məqsədimiz yanvara qədər çempionatda ilk “5-lik”də yer almaqdır. Maliyyə durumumuz o qədər də yüksək deyil ki, məsələn, “Şəfa” kimi istədiyimiz oyunçunu transfer edək. Buna baxmayaraq, yaxşı seleksiya aparıb gənc və dinamik futbolçular toplayaraq yanvara qədər ilk “beşliy”ə düşməyə çalışacağıq. Məşqçi kimi konkret hədəfim budur. Daha sonra istiqaməti müəyyənləşdirəcəyik. İlk pillələrdə gedən komandalarla xal fərqimiz az olsa, çempionluğa, ən azı ilk “3-lüy”ə oynaya bilərik”.

Baş məşqçi heyətlə bağlı həyata keçiriləcək dəyişikliklərdən danışıb:

“Heyətdə həm yerli, həm də legioner futbolçular olacaq. AFFA-nın legioner limiti ilə bağlı qərarını gözləyirik. Çünki qərar futbolçu sayına təsir edə bilər. İstənilən halda, əcnəbi futbolçu cəlb edəcəyik. Çünki mən gəlməmişdən əvvəl də komandada legionerlər çıxış edib. Əsas məqsəd 2002 və daha yuxarı təvəllüdlü futbolçuları cəlb etməkdir. Maliyyəmiz daha təcrübəli futbolçular dəvət etməyə imkan vermir. Maksimum yaş həddi 23 olacaq”.

Qeyd edək ki, “Difai” Azərbaycan I Liqasının 2024/2025 mövsümünü 26 xalla 10 komanda arasında 9-cu pillədə bitirib. Klub ötən gün Araz Bağırovla 3 illik müqavilə imzalayıb.

Futbol
Kilian Mbappe cari ildə ən çox qol vuran futbolçu olub

Kilian Mbappe cari ildə ən çox qol vuran futbolçu olub

Futbol
Joze Alesio Da Silva: "Nəticə arzuladığımız kimi olmadı"

Joze Alesio Da Silva: "Nəticə arzuladığımız kimi olmadı"

Futbol
Fransada oynamış futbolçu: "Qarabağ" güclü rəqiblə mübarizəyə tam hazırdır"

Fransada oynamış futbolçu: "Qarabağ" güclü rəqiblə mübarizəyə tam hazırdır"

Futbol
“Sabah”ın qış hazırlıq planı açıqlanıb

“Sabah”ın qış hazırlıq planı açıqlanıb

Futbol
Azərbaycan millisinin futbolçusu "Qarabağ"da 300-cü oyununu keçirib

Azərbaycan millisinin futbolçusu "Qarabağ"da 300-cü oyununu keçirib

Futbol
"İnter"in futbolçusu "Barselona" ilə oyunları buraxacaq

"İnter"in futbolçusu "Barselona" ilə oyunları buraxacaq

Futbol
Azərbaycan yığmasının yoldaşlıq oyunu ləğv edilib

Azərbaycan yığmasının yoldaşlıq oyunu ləğv edilib

Futbol
Uruqvay Cənubi Koreya ilə qolsuz bərabərə qalıb

Uruqvay Cənubi Koreya ilə qolsuz bərabərə qalıb

Futbol
Argentinadakı oyunda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

Argentinadakı oyunda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

Futbol
Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsinə salınıb

Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsinə salınıb

Futbol
DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

Futbol
DÇ-2022: İspaniya Almaniya qarşılaşması heç-heçə bitib

DÇ-2022: İspaniya Almaniya qarşılaşması heç-heçə bitib