Naxçıvanda açıq hava idman qurğularının sayı artırılır

Naxçıvanda açıq hava idman qurğularının sayı artırılır

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində regionda idman infrastrukturu genişləndirilir.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə jurnalistlərə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Emil Səmədov məlumat verib.

Onun sözlərinə görə, proqramın məqsədləri sırasında əhalinin idman xidmətlərinə çıxışını yaxşılaşdırmaq, sağlam həyat tərzini təşviq etmək və gənclərin asudə vaxtının səmərəli təşkili xüsusi yer tutur.

“Artıq ötən ilin sonlarında Naxçıvan şəhərinin müxtəlif ərazilərində 8 yerdə sadə tipli açıq hava idman qurğuları əhalinin istifadəsinə verilib. Hazırda isə Dövlət Proqramının 2025–2027-ci illəri əhatə edən Təfsilatlı Tədbirlər Planına uyğun olaraq, bu ilin sonunadək daha 11 yerdə bu tip idman qurğularının quraşdırılması nəzərdə tutulub", – deyə Emil Səmədov bildirib.

Yeni qurğular Şərur və Ordubad şəhərlərinin hər birində 2, Babək, Culfa və Şahbuz şəhərlərinin hər birində 1, Sədərək rayonunun Heydərabad, Kəngərli rayonunun Qıvraq, Babək rayonunun Cəhri və Nehrəm qəsəbələrinin hər birində 1 yerdə inşa ediləcək. Artıq yerli icra hakimiyyətləri ilə razılaşma əsasında ərazilər müəyyənləşdirilib, layihələndirmə və ilkin qiymətləndirmə işləri tamamlanıb, dövlət satınalması proseduruna start verilib.

İnşaat işlərinə iyulun sonlarında başlanılması planlaşdırılır.

“Əsas məqsədlərimizdən biri də bütün bölgələrdə bərabər idman imkanlarının yaradılmasıdır. Dövlətimizin birbaşa həyata keçirdiyi bu layihələr muxtar respublikanın idman mühitinə əlavə dəyər qatacaq, bədən tərbiyəsi və idmanın inkişafına təkan verəcək, əhalinin sağlam həyat tərzinə sövq edilməsinə və gənclərin fiziki hazırlığının yüksəlməsinə mühüm töhfə olacaq", – deyə Emil Səmədov qeyd edib.

Fərdi
Nazir ötən ay yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Nazir ötən ay yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərdi
Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Fərdi
Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Fərdi
Mingəçevirdə "ƏrToğrul" sənədli filminin nümayişi keçirilib

Mingəçevirdə "ƏrToğrul" sənədli filminin nümayişi keçirilib

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha üç sərbəst güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha üç sərbəst güləşçisi mübarizəyə başlayır

Fərdi
Azərbaycanın 3 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə medal görüşünə çıxacaq

Azərbaycanın 3 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə medal görüşünə çıxacaq

Fərdi
Fərid Qayıbov: “Ötən il bütün tapşırıqları yerinə yetirə bildik”

Fərid Qayıbov: “Ötən il bütün tapşırıqları yerinə yetirə bildik”

Fərdi
Yaşar Bəşirov Asiya çempionatının fəxri qonağı olub

Yaşar Bəşirov Asiya çempionatının fəxri qonağı olub

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında ikinci günün qalibləri müəyyənləşib

Cüdo üzrə Azərbaycan çempionatında ikinci günün qalibləri müəyyənləşib

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu yenidən artırılıb

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu yenidən artırılıb

Fərdi
Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Gövhər Beydullayeva: “O görüşü “qırılma nöqtəsi” saymıram”

Fərdi
Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurublar

Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurublar