"Sabah" legioneri ilə müqaviləni yeniləməyib
“Sabah” legioneri Vinsent Till ilə yollarını ayırıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, lüksemburqlu yarımmüdafiəçinin 2024/2025 mövsümünün sonunda müddəti başa çatan müqaviləsi yenilənməyib.
V.Till 2023-cü ildən "Sabah”ın formasını geyinirdi. O, paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 35 oyunda 3 qola müəlliflik edib.

https://qalaba.az//uploads/photo/sabah-legioneri-ile-muqavileni-yenilemeyib.webp











