Premyer Liqa: Mövsümün ilk yarısının ən intizamlı və intizamsız komandaları bəlli olub

Premyer Liqa: Mövsümün ilk yarısının ən intizamlı və intizamsız komandaları bəlli olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün ilk yarısının ən intizamlı və intizamsız komandaları bəlli olub.

"QELEBE.AZ"un araşdırmasına görə, qış fasiləsinədək ən intizamlı kollektiv "Qarabağ"dır. "Köhlən atlar" geridə qalan 18 tur ərzində ümumilikdə 24 sarı vərəqə alıb.

Çempionatın ən intizamsız komandası isə "Kəpəz"dir. Gəncə təmsilçisi ilk 2 dövrədə ümumilikdə 52 vərəqə ilə cəzalanıb ki, bunların 45-i sarı, 7-si isə qırmızıdır.

Bu göstərici üzrə sıralamada "Sabah" ikinci pillədə qərarlaşıb. Bakı klubu 45 sarı və 5 qırmızı vərəqə ilə "sarı-göylər"in ən yaxın izləyicisidir.

Üçüncü sıranı "Qəbələ" tutur. "Qırmızı-qaralar"ın passivində 44 sarı və 2 qırmızı vərəqə var. "Səbail" 42 vərəqə (38 sarı, 4 qırmızı) ilə 4-cü, "Neftçi" 40 vərəqə (39 sarı, 1 qırmızı) vərəqə ilə 5-ci, "Sumqayıt" 37 vərəqə (35 sarı, 2 qırmızı) ilə 6-cı pillədə yer alıb.

36 vərəqəsi olan "Zirə" intizamsız komandaların siyahısında 7-ci olsa da, "qırmızı" baxımından (5) yalnız "Kəpəz"dən geri qalır. Mövsümün ilk yarısında "qartallar"la eyni sayda vərəqə alan "Şamaxı" 8-cidir. "Şirlər" 18 turda 34 dəfə "sarı", 2 dəfə "qırmızı" ilə cəzalanıb.

Passivində 31 sarı və 2 qırmızı vərəqə olan "Turan Tovuz" isə "Qarabağ"dan sonra 2-ci ən intizamlı komandadır.

Ən intizamsız komandaların siyahısı

1. "Kəpəz" - 45 (sarı vərəqə), 7 (qırmızı vərəqə)

2. "Sabah" - 45 (sarı), 5 (qırmızı)

3. "Qəbələ" - 44 (sarı), 2 (qırmızı)

4. "Səbail" - 38 (sarı), 4 (qırmızı)

5. "Neftçi" - 39 (sarı), 1 (qırmızı)

6. "Sumqayıt" - 35 (sarı) 2 (qırmızı)

7. "Zirə" - 31 (sarı), 5 (qırmızı)

8. "Şamaxı" - 34 (sarı), 2 (qırmızı)

9. "Turan Tovuz" - 31 (sarı), 2 (qırmızı)

10. "Qarabağ" - 24 (sarı vərəqə)

Futbol
AVRO-2024: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olur

AVRO-2024: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olur

Futbol
Avropa Liqası: "Qarabağ"ın hücumçusu 1-ci olub, müdafiəçisi "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın hücumçusu 1-ci olub, müdafiəçisi "5-lik"də yer alıb

Futbol
"Olimpiakos" öz yetirməsi ilə müqavilə imzalayıb

"Olimpiakos" öz yetirməsi ilə müqavilə imzalayıb

Futbol
Konfrans Liqasında pley-offun cütləri müəyyənləşib

Konfrans Liqasında pley-offun cütləri müəyyənləşib

Futbol
Cənubi koreyalı hücumçu "Qarabağ"a qarşı oynaya biləcək

Cənubi koreyalı hücumçu "Qarabağ"a qarşı oynaya biləcək

Futbol
Qurban Qurbanov: "Futbolçular yaxşı performans göstərdilər"

Qurban Qurbanov: "Futbolçular yaxşı performans göstərdilər"

Futbol
Onilliyin 11 bombardiri açıqlanıb

Onilliyin 11 bombardiri açıqlanıb

Futbol
DÇ-2022: İngiltərə ABŞ-la bərabərə qalıb

DÇ-2022: İngiltərə ABŞ-la bərabərə qalıb

Futbol
Premyer Liqa: Birinci hissəni ən çox öz xeyrinə başa vuran komandalar

Premyer Liqa: Birinci hissəni ən çox öz xeyrinə başa vuran komandalar

Futbol
Qara Qarayevin durumuna aydınlıq gəlib

Qara Qarayevin durumuna aydınlıq gəlib

Futbol
Azərbaycanın 8 karateçisi Premyer Liqada mübarizəyə başlayır

Azərbaycanın 8 karateçisi Premyer Liqada mübarizəyə başlayır

Futbol
İngiltərə Premyer Liqası Pelenin ölümü səbəbindən sükutla başlayacaq

İngiltərə Premyer Liqası Pelenin ölümü səbəbindən sükutla başlayacaq