Millinin baş məşqçisi: “Azərbaycanın adını daha yüksəklərə qaldırmaq üçün var gücümüzlə çalışacağıq"

Millinin baş məşqçisi: “Azərbaycanın adını daha yüksəklərə qaldırmaq üçün var gücümüzlə çalışacağıq"

Azərbaycanın çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət millisinin baş məşqçisi Atvars Vilde komandanın Latviyanın Cesis şəhərində təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında çıxışını dəyərləndirib.

Litvalı mütəxəssis bu barədə “QELEBE.AZ”a danışıb.

O, qarşıda komandanı daha çətin oyunlar gözlədiyini bildirib:

“Bu, Azərbaycan millisinin baş məşqçisi kimi ilk beynəlxalq yarışımdır. EEVZA Avropanın böyük turnirlərindən biridir. Komandamızın öncəki turnirlərə nisbətən daha uğurlu olması təkcə mənim işimin bəhrəsi deyil. Burada çox mehriban və peşəkar bir kollektivin əziyyəti var. Fürsətdən istifadə edib millinin məndən öncəkilər də daxil bütün məşqçi və texniki heyətinə dərin təşəkkürümü bildirmək istəyirəm. Turnirdə ilk oyunumuz Latviya millisinə qarşı oldu. Çox çətin və gərgin mübarizədən sonra qalib gəldik. İkinci matçda Estoniya millisi ilə qarşılaşdıq. Bu görüşdə də idmançılarımız əsl xarakter göstərdilər və sona qədər döyüşərək qalib gəldilər. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Buna baxmayaraq, Avropada öz sözümüzü deməyə çalışacağıq. Düşünürəm ki, bizdə artıq bu döyüşkən xarakter formalaşıb. Bu çox önəmlidir”.

Baş məşqçi daha çox təcrübəyə ehtiyac olduğunu qabardıb:

“Azərbaycanın adını Avropa və dünyada daha yüksəklərə qaldırmaq üçün var gücümüzlə çalışacağıq. Daha çox turnirlərə qatılıb təcrübə qazanmalıyıq. Bunun üçün ən başlıca şərt digər ölkələrin komandaları ilə oyunlar keçirib daha çox praktika qazanmaqdır. Azərbaycanda çimərlik voleybolunun səviyyəsini yüksəltmək üçün böyük potensial var. Hazırda əlimizdəki idmançılarla istənilən komandaya qarşı başabaş mübarizə apara biliriksə, bu, potensialın olmasının göstəricisidir. Dayanmamalıyıq və daha çox işləyib inkişaf etməliyik. Düşünürəm ki, uğur üçün düzgün istiqamət seçmişik”.

O, Azərbaycan haqqında düşüncələrini də bölüşüb:

“Ölkəniz mükəmməldir. Bunu söz xatirinə demirəm. Həqiqətən Azərbaycanı sevirəm. Qonaqpərvərliyiniz, yardımsevərliyiniz, yeməkləriniz sadəcə möhtəşəmdir. Bura gəldiyim ilk gündən özümü evimdəki kimi hiss edirəm. Ailəm də Azərbaycandan çox məmnundur”.

Qeyd edək ki, U-18 EEVZA-da pley-off mərhələsinə yüksəlib. Qrupda Latviya və Estoniya yığmalarını 2:0 hesabı ilə məğlub edən komanda bu mərhələdə Litva millisi ilə qarşılaşacaq.

Komanda
"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

Komanda
Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Komanda
Qadın voleybolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın voleybolçular arasında Azərbaycan çempionatına start verilib

Komanda
Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Komanda
Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Komanda
Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat olub

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat olub

Komanda
“Murov”un Çağırış Kubokundakı növbəti rəqibinin adına aydınlıq gəlib

“Murov”un Çağırış Kubokundakı növbəti rəqibinin adına aydınlıq gəlib

Komanda
“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

Komanda
Maykl Cordanın rekordu təkrarlanıb

Maykl Cordanın rekordu təkrarlanıb

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb

Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb