AFFA rəsmisi: "İsveçdə EFFC-2025 tədbirində iştirakımız gördüyümüz işlərə töhfə verəcək"

AFFA rəsmisi: "İsveçdə EFFC-2025 tədbirində iştirakımız gördüyümüz işlərə töhfə verəcək"

AFFA-nın Yarışların Təşkili Departamentinin azarkeşlərlə iş üzrə koordinatoru Yusif Abdullayev İsveçin Malmö şəhərində keçirilən Avropa Futbol Azarkeşləri Konqresi-2025 (EFFC) tədbirində iştirakı ilə bağlı fikirlərini bölüşüb.

O, bu barədə "QELEBE.AZ"a açıqlama verib.

Y. Abdullayev tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib:

"EFFC-2025 tədbiri azarkeş siyasətinin inkişafı, təcrübə mübadiləsi və Azərbaycanın beynəlxalq platformalarda təmsil olunması baxımından çox önəmli idi. Burada iştirakımız ölkəmizdə azarkeş təcrübəsinin yaxşılaşdırılması, stadion infrastrukturunun əlçatanlığının artırılması və fanatlarla əlaqələrin möhkəmləndirilməsi istiqamətində apardığımız işlərə töhfə verəcək. Tədbir Avropanın müxtəlif ölkələrindən olan azarkeş nümayəndələrini, futbol federasiyalarının və klub rəhbərlərinin nümayəndələrini, eləcə də digər maraqlı tərəfləri bir araya gətirərək, tərəfdar mədəniyyətinin gələcəyi, inklüzivlik, təhlükəsizlik və digər bir çox məsələləri əhatə edirdi. Azərbaycan millisinin fiziki qüsurlu azarkeşi Babək Ağalarov mənimlə birlikdə sözügedən tədbirdə iştirak etdi və Avropa futbol təcrübəsində baş verən hadisələrdən agah oldu".

Onun sözlərinə görə, iyunun 26-da açılış iclasında qurumun sədri Ronan Evainin son bir il ərzində fanat təcrübələrində gördükləri işlərdən, inkişaf mərhələsində olduqlarından bəhs edib:

"Tədbirdə eyni zamanda azarkeşlərin qərarvermə prosesində iştirakı, futbolun müxtəlifliyə və inklüzivliyə açıq olması, təhlükəsizlik və azyaşlıların müdafiəsi kimi mövzular müzakirə olundu. Bundan əlavə, əlilliyi olan fanatların qarşılaşdığı çətinliklər, stadionların inklüziv olması və effektiv kommunikasiya strategiyaları ilə bağlı praktiki həllər təqdim olundu. Həmçinin Avropanın Futbol Azarkeşləri (FSE) kimi təşkilatlarla və digər beynəlxalq tərəfdaşlarla birbaşa ünsiyyət imkanı yarandı".

Futbol
Ötən ilin ən yaxşı hakimi müəyyənləşib

Ötən ilin ən yaxşı hakimi müəyyənləşib

Futbol
FİFA Tunis yığmasını DÇ-2022-dən kənarlaşdıra bilər

FİFA Tunis yığmasını DÇ-2022-dən kənarlaşdıra bilər

Futbol
FİFA-ya İranın DÇ-2022-dən kənarlaşdırılması xahişi ilə müraciət edilib

FİFA-ya İranın DÇ-2022-dən kənarlaşdırılması xahişi ilə müraciət edilib

Futbol
Azərbaycan klubu Çempionlar Liqasında 1/8 finala yüksəlib

Azərbaycan klubu Çempionlar Liqasında 1/8 finala yüksəlib

Futbol
DÇ-2022: Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida

DÇ-2022: Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida

Futbol
"Yuventus"un prezidenti və vitse-prezidenti istafe verib

"Yuventus"un prezidenti və vitse-prezidenti istafe verib

Futbol
Keçmiş futbolçu avtomobil qəzasında ölüb

Keçmiş futbolçu avtomobil qəzasında ölüb

Futbol
"Neftçi"də oynamış məşhur futbolçu əməliyyat olunub

"Neftçi"də oynamış məşhur futbolçu əməliyyat olunub

Futbol
"Qarabağ"dan ayrılan hücumçu "Sent-Etyen"də debüt edib

"Qarabağ"dan ayrılan hücumçu "Sent-Etyen"də debüt edib

Futbol
Minifutbol üzrə Azərbaycan çempionatının püşkü atılıb

Minifutbol üzrə Azərbaycan çempionatının püşkü atılıb

Futbol
Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Azərbaycan millisinin futbolçusu Türkiyə klubuna keçib

Futbol
Merih Demiralın evi qarət olunub

Merih Demiralın evi qarət olunub