Boksçularımız Dünya Kubokunda üç bürünc medal qazanıb

Boksçularımız Dünya Kubokunda üç bürünc medal qazanıb

Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya kubokunda yarımfinal döyüşləri başa çatıb.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin bu mərhələdə 3 boksçusu mübarizə aparıb.

Sübhan Mamedov (50 kq) Sanjar Taşkenbayla (Qazaxıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Luis Qabriel do Naskimento (Braziliya) ilə və Məhəmməd Abdullayev (+90 kq) Aybek Oralbayla (Qazaxıstan) üz-üzə gəlib. Rəqiblər finala yüksəldiklərindən təmsilçilərimiz bürünc medala yiyələniblər.

Qeyd edək ki, sabah yekunlaşacaq Dünya kubokuna 30 ölkədən 300-dək boksçu qatılıb.