"Araz-Naxçıvan" "Trabzonspor"la qarşılaşacaq
Təlim-məşq toplanışını iyulun 5-dən Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan”ın keçirəcəyi yoldaşlıq oyunlarının tarixi və rəqibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda hər üç yoxlama görüşündə Türkiyə təmsilçiləri ilə qarşılaşacaq.
Naxçıvan təmsilçisi ilk olaraq 9 iyulda “Bayburtspor”la, 11 iyulda “Alanyaspor”la və son olaraq 19 iyulda “Trabzonspor”la yoldaşlıq oyunu keçirəcək.

https://qalaba.az//uploads/photo/quotaraz-naxchivanquot-quottrabzonsporquotla-qarshilashacaq.webp