İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar

İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar

Azərbaycan velosipedçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalına hazırlığı davam etdirirlər.

Apasport.az xəbər verir ki, yığma komandamız Sloveniyada təlim-məşq toplanışındadır.

Velosipedçilərimiz burada bir neçə beynəlxalq turnirdə iştirak etməklə məsul yarışa hazırlaşacaqlar.

Qeyd edək ki, Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalı iyulun 20-26-da keçiriləcək.