Valdas Dambrauskas: "Sele" ilə ilk oyundan dərs çıxaracağıq"

Valdas Dambrauskas: "Sele" ilə ilk oyundan dərs çıxaracağıq"

"Sabah" "Sele" ilə ilk oyundan dərs çıxaracaq.

Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas “Sele”yə (Sloveniya) qarşı UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis rəqibi təbrik edib:

"Sele"ni təbrik etmək istəyirəm və azarkeşlərə təşəkkürümü bildirirəm. Əfsuslar olsun ki, məğlub olduq. Bu oyundan dərslər çıxarmalı və daha yaxşı çıxış etməliyik. Rəqib haqqında az informasiyamız var idi. Çox yaxşı komandaya qarşı çıxış etdik. Bilirdik ki, asmalardan istifadə edəcəklər. Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik. Bəzən tələskənlik xeyrimizə olmadı. Bu gün döyüşü uduzduq. Amma müharibəni uduzmamışıq. Sloveniyada əlimizdən gələni edəcəyik. Bu matçdan dərs çıxaracağıq".

V.Dambrauskas rəqib baş məşqçinin bu oyunda "Sabah"dan daha güclü olmaları ilə bağlı səsləndirdiyi fikirlə razılaşmayıb:

"Hər məşqçinin öz fikri var. Düzdür, ilk görüşdə qələbə qazanıblar. Amma qarşıda cavab görüşü var. Gəlin həmin oyundan sonra bu suala cavab verək".

O, buraxılan erkən qolla bağlı danışıb:

"Ümumiyyətlə, heç bir qol plana daxil deyil. Bəzən belə alınır. Bizim də qol vəziyyətlərimiz oldu. Tirə dəyən topumuzu xatırlayıram. Amma məşqçilər korpusu olaraq komandanı öz pıanlarımıza uyğun hazırlaşdıracağıq".

Baş məşqçi formaların oxşarlığı ilə bağlı sualı da cavablandırıb:

"Bu barədə daha çox futbolçuların fikirlərini bilmək önəmlidir. Biz ev komandasıyıq. "Sele" səfər formalarını gətirməli idi. Bildiyimə görə, oyunlardan əvvəl bu barədə iclaslarda müzakirələr aparılır və qərar qəbul olunur".

O, heyəti gücləndirməyə çalışacaqlarını söyləyib:

"Seleksiya prosesi heç vaxt dayanmır. Yeni transferlər ola bilər. İlk müsahibəmdə demişdim, futbolçuları çətin vəziyyətdə daha yaxşı tanıyırsan. Baxmayaraq ki, hazırda durum bizim üçün neqativdir. Bunu pozitivə çevirməyə çalışacağıq. Sentyabrda "transfer pəncərəsi" bağlanacaq. Hələ vaxtımız var. Elə bir məşqçiyəm ki, hər futbolçunun xoşbəxt olmasına çalışıram. Komandanın hər bir üzvünə şans verəcəyəm".

Mütəxəssis hakimlərin idarəçiliyinə də toxunub:

"Düşünürəm ki, normal hakimlik oldu. Hakimlərin Qazaxıstandan və ya başqa ölkədən olmalarının mənim üçün fərqi yoxdur. Hər birinə hörmət edirəm. Onların təyinatı mənim səlahiyyətlərimə aid deyil. Ona görə də bununla bağlı fikir bildirmək istəməzdim".

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 17-də Sloveniyada keçiriləcək.

Futbol
MOİK azarkeşləri Rusiya Kubokunun matçlarını boykot edib

MOİK azarkeşləri Rusiya Kubokunun matçlarını boykot edib

Futbol
Xavi: “Çempionlar Liqasında davam etməyə layiq deyilik”

Xavi: “Çempionlar Liqasında davam etməyə layiq deyilik”

Futbol
Ayxan Abbasov: "Bizə belə oyunlar lazımdır"

Ayxan Abbasov: "Bizə belə oyunlar lazımdır"

Futbol
"Olimpiakos"un yeni transferi "Qarabağ"ı güclü rəqib adlandırıb

"Olimpiakos"un yeni transferi "Qarabağ"ı güclü rəqib adlandırıb

Futbol
Türkiyə kubokunun püşkü atılıb

Türkiyə kubokunun püşkü atılıb

Futbol
DÇ 2022: Meksika Polşa ilə qolsuz bərabərliyə razılaşıb

DÇ 2022: Meksika Polşa ilə qolsuz bərabərliyə razılaşıb

Futbol
"Sumqayıt"ın sabiq baş məşqçisi Belarus yığmasına rəhbərlik edə bilər

"Sumqayıt"ın sabiq baş məşqçisi Belarus yığmasına rəhbərlik edə bilər

Futbol
Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlanıb

Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlanıb

Futbol
"Qarabağ" Marko Veşoviçlə 2 illik müqavilə imzalayıb

"Qarabağ" Marko Veşoviçlə 2 illik müqavilə imzalayıb

Futbol
Meksikada futbolçu oyun vaxtı infarktdan ölüb

Meksikada futbolçu oyun vaxtı infarktdan ölüb

Futbol
"Neftçi"nin futbolçusu Belarus yığmasına dəvət olunub

"Neftçi"nin futbolçusu Belarus yığmasına dəvət olunub

Futbol
Braziliya millisinin baş məşqçisi istefa verib

Braziliya millisinin baş məşqçisi istefa verib