“Turan Tovuz” – “Traktor” oyununun tarixi bəlli olub
Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən “Turan Tovuz”un “Traktor”la yoxlama oyununun vaxtı dəqiqləşib.
QELEBE.AZ xəbər verir ki, komanda Təbriz təmsilçisi ilə iyulun 29-da üz-üzə gələcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, İran Pro Liqasının son çempionu "Traktor"la matçın başlama saatı və məkanı isə hələlik müəyyənləşməyib.

https://qalaba.az//uploads/photo/turan-tovuz-traktor-oyununun-tarixi-belli-olub.webp