Millimiz Avropa çempionatında 5-ci olub

Millimiz Avropa çempionatında 5-ci olub

Azərbaycanın oğlanlardan ibarət U-16 basketbol millisi Avropa çempionatını 5-ci sırada tamamlayıb.

Apasport.az xəbər verir ki, komandamız C divizionunda sonuncu oyununu keçirib.

Azərbaycanın yeniyetmə basketbolçuları 5-ci yer uğrunda oyunda Moldova seçməsinə 79:72 hesabı ilə qalib gəliblər.