KDÇ: “Çelsi” çempion - YENİLƏNİB
Bu gün Klublararası Dünya Çempionatının final görüşü baş tutub.
Apasport.az xəbər verir ki, həlledici matçda PSJ və "Çelsi" üz-üzə gəlib.
Oyun Bakı vaxtilə saat 23:00-da start götürüb.
82500 nəfərlik "MetLife" stadionunda keçirilən görüşü iranlı hakim Əli Rza Fəqani idarə edib.
İngiltərə təmsilçisinin ilk hissədə vurduğu 3 qol matçın taleyini müəyyənləşdirib. Görüş "Çelsi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
KDÇ - Final
23:00
PSJ (Fransa) - "Çelsi" (İngiltərə) 0:3

https://qalaba.az//uploads/photo/kdch-chelsi-chempion-yenilenib.webp