Azərbaycan taekvondoçuları 2022-ci ildə beynəlxalq yarışlarda 101 medal qazanıb

Azərbaycan taekvondoçuları 2022-ci ildə beynəlxalq yarışlarda 101 medal qazanıb

Başa çatmaqda olan 2022-ci il Azərbaycan taekvondoçuları və parataekvondoçuları uğurlu alınıb.

Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 22 beynəlxalq yarışda iştirak edən milli komandalar 101 medal qazanıb. Təmsilçilərimiz 27 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdıqları halda, 24 gümüş və 50 bürünc mükafata seviniblər.

Kişi taekvondoçularımız il ərzində çıxış etdikləri bütün yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırıblar. Dünya və Avropa çempionatında bürünc medal qazanan milli ümumilikdə 23 medala sahib olub. Komandanın hesabında beynəlxalq turnirdə 19 (6-4-9), İslamiadada 2 (0-1-1) mükafat var.

Qadınlardan ibarət yığma 14 medala sahib olub. Komanda İslamiadada 3 (1-1-1), beynəlxalq turnirlərdə 11 (2-2-7) dəfə fərqlənib. Böyüklərdən ibarət millilərin ümumi medal sayı 37-dir.

Həmçinin, U-21-lə Avropa çempionatında 1 qızıl, 1 gümüş və 1 bürünc mükafat əldə edilib. Milli komanda 5 ildən sonra analoji yarışda yenidən medal qazanıb, idmançımızın fəxri kürsünün ən yüksək pilləsinə qalxması isə 9 ildən sonra təkrarlanıb.

İlə ən böyük damğasını vuran isə yeniyetmə taekvondoçularımızdır. Millimizin sabahı hesab olunan yığma dünya birinciliyində 4, Avropa birinciliyində 8 medala sahib olaraq yeni tarix yazıb. Azərbaycan 77 ölkədən 670-dən çox idmançının qatıldığı mundialda ilk qızıl mükafatına sahib olub və medal sayında ən yaxşı göstəricisinə imza atıb. Qitə çempionatında isə son 15 ilin rekordu qeydə alınıb. Komanda beynəlxalq turnirləri də nəzərə alsaq, 2022-ci ili 26 (11-5-10) medalla bitirib. Bu da növbəti illərə daha nikbin baxmağa əsas verir.

Klublararası və kadetlərin Avropa birinciliklərindəki uğurunu da bu yığmaya əlavə etsək, mükafat sayı 37-yə yüksələcək. Kiçikyaşlı taekvondoçularımız 2 yarışda 4 qızıl, 3 gümüş və 4 bürünc medala yiyələniblər. Klublararası Avropa çempionatında 1 veteran idmançımız da 3-cü yeri tutub.

Gənclərdən ibarət komandamız da qatıldığı yarışlarda adlarından söz etdiriblər. Bu Olimpiya çəkiləri üzrə Avropa çempionatlarında 1 (0-0-1), beynəlxalq turnirdə 7 (0-1-6) mükafata sevinib.

Taekvondoçularımızla yanaşı, parataekvondoçularımız da ili uğurla bitiriblər. Onlar 2022-ci ildə 2 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Komandanın hesabında 6 gümüş və 7 bürünc medal da var. Bu mükafatlar Avropa çempionatı, Qran-pri turnirləri və beynəlxalq turnirlərdə əldə olunub. Onlar medal qazanmaqla yanaşı, Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalları da toplayıblar.

İdmançılarla yanaşı, hakimlərimiz də bir sıra beynəlxalq turnirlərdə ədaləti qoruyublar. Onlar iştirak etdikləri yarışlarda fərqlənmə diplomu ilə mükafatlandırılıblar.

Federasiya rəsmiləri müxtəlif bölgələrə səfər edərək, bu idman növünün daha da kütləviləşməsi və populyarlaşması istiqamətində görüşlər, həmçinin seminarlar keçiriblər. Bunlarla yanaşı, maddi-texniki baza da xüsusi diqqət mərkəzindədir. Başa çatmaqda olan ildə "Ümid" taekvondo klubunun açılış mərasimi də keçirilib. Buradakı taekvondo, gimnastika və üzgüçülüklə yanaşı, digər bölmələr də fəaliyyət göstərəcək.

Taekvondo komandamızı gələn il daha mötəbər turnirlər gözləyir. Bunlardan ən vacibi isə Bakının ev sahibliyi edəcəyi dünya çempionatıdır. Artıq Meksikanın Qvadalaxara şəhərində keçirilən mundailda yarışın keçici bayrağı da Azərbaycan nümayəndəsinə təqdim edilib. 2023-cü ilin 29 may - 4 iyun tarixlərində baş tutacaq dünya çempionatı Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq. Yeni ildə uğurla yanaşı, mundiala da layiqincə ev sahibliyi etmək əsas məqsədimiz olacaq.

Döyüş növləri
Azərbaycanın 2 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Azərbaycanın 2 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Döyüş növləri
Azərbaycanın daha bir boksçusu Avropa birinciliyində erməni rəqibinə qalib gəlib

Azərbaycanın daha bir boksçusu Avropa birinciliyində erməni rəqibinə qalib gəlib

Döyüş növləri
Avropa birinciliyində son 15 ilin uğuruna imza atan taekvondoçularla görüş olub - FOTOLENT

Avropa birinciliyində son 15 ilin uğuruna imza atan taekvondoçularla görüş olub - FOTOLENT

Döyüş növləri
Azərbaycanın 2 boksçusu Serbiyada beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Azərbaycanın 2 boksçusu Serbiyada beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Döyüş növləri
FHN idmançıları yüksək nəticələr qazanıb - FOTO

FHN idmançıları yüksək nəticələr qazanıb - FOTO

Döyüş növləri
Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb

Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb

Döyüş növləri
Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub

Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub

Döyüş növləri
Azərbaycanın ən güclü boksçularımız müəyyənləşib - FOTOLENT

Azərbaycanın ən güclü boksçularımız müəyyənləşib - FOTOLENT

Döyüş növləri
Azərbaycan boksçuları Avropa birinciliyində rekordlar vurub, 4 idmançı finala yüksəlib

Azərbaycan boksçuları Avropa birinciliyində rekordlar vurub, 4 idmançı finala yüksəlib

Döyüş növləri
Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycana təqdim olunub

Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycana təqdim olunub

Döyüş növləri
Dünya çempionatında Azərbaycanın 5 qadın güləşçisi mübarizə aparacaq

Dünya çempionatında Azərbaycanın 5 qadın güləşçisi mübarizə aparacaq

Döyüş növləri
Azərbaycanın 2 boksçusu Qazaxıstanda beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın 2 boksçusu Qazaxıstanda beynəlxalq turnirdə bürünc medal qazanıb