“Zirə”dən “Kəpəz”ə - RƏSMİ
“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Gəncə təmsilçisi Məqsəd İsayevi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Cinah oyunçusu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Məqsəd İsayev son olaraq “Zirə”də çıxış edib.

https://qalaba.az//uploads/photo/zireden-kepeze-resmi.webp