Azərbaycanda keçiriləcək III MDB Oyunlarında 8 ölkədən 1840 idmançının iştirakı təsdiqlənib

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında 8 ölkədən 1840 idmançının iştirakı təsdiqlənib

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında 8 ölkədən 1840 idmançının iştirakı təsdiqlənib.

Bu barədə “QELEBE.AZ”a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bu günə olan məlumata əsasən, yarışa MDB məkanını təmsil edən 8 ölkədən (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Tacikistan, Türkmənistan) 1840 idmançı və 2666 nümayəndə qatılacaq. Son olaraq Türkmənistan idmançılarının ölkəmizə gələcəyi təsdiqlənib.

Azərbaycanın 349, Rusiyanın 263, Qazaxıstanın 259, Özbəkistanın 257, Belarusun 255, Tacikistanın 202, Türkmənistanın 170, Qırğızıstanın 85 idmançısının turnirdə mübarizə aparacağı dəqiqləşib.

Yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3x3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda keçiriləcək.

İlkin mərhələdə yalnız MDB ölkələrinin nümayəndə heyətləri qeydiyyatdan keçirilir. İkinci mərhələdə isə qeydiyyat MDB-yə üzv olmayan, yarışda xüsusi dəvət əsasında iştirak edən ölkələrin nümayəndə heyətləri üçün aparılır. Ümumilikdə Oyunlara dünyanın 23 ölkəsindən 5500-ə yaxın iştirakçının qatılması gözlənilir.

Qeyd edək ki, III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.

Fərdi
Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Fərdi
Daxili Qoşunların hərbi qulluqçusu güllə atıcılığı üzrə dünya çempionatında medal qazanıb

Daxili Qoşunların hərbi qulluqçusu güllə atıcılığı üzrə dünya çempionatında medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi ev sahibi ilə üz-üzə gələcək

Dünya çempionatı: Azərbaycanın şahmat millisi ev sahibi ilə üz-üzə gələcək

Fərdi
Rəşad Rəsullu: "Bizə elə legioner cüdoçu lazımdır ki, gələn kimi nəticə versin"

Rəşad Rəsullu: "Bizə elə legioner cüdoçu lazımdır ki, gələn kimi nəticə versin"

Fərdi
Zabit Səmədov: "Uduzsam, bu, mənim son döyüşüm olmayacaq"

Zabit Səmədov: "Uduzsam, bu, mənim son döyüşüm olmayacaq"

Fərdi
Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Fərdi
“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

Fərdi
İsrailin cüdo millisinin baş məşqçisi: "Azərbaycanda hər şey çox gözəldir"

İsrailin cüdo millisinin baş məşqçisi: "Azərbaycanda hər şey çox gözəldir"

Fərdi
Nazim Sadıqov: "UFC-də çəkimi dəyişmək istəmirəm"

Nazim Sadıqov: "UFC-də çəkimi dəyişmək istəmirəm"

Fərdi
Kikboksinq üzrə Azərbaycan Kuboku keçiriləcək

Kikboksinq üzrə Azərbaycan Kuboku keçiriləcək

Fərdi
Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

Fərdi
Fərid Qayıbov: "Mehriban Əliyevanın rəhbərliyi ilə gimnastikada böyük uğurlar əldə olunub"

Fərid Qayıbov: "Mehriban Əliyevanın rəhbərliyi ilə gimnastikada böyük uğurlar əldə olunub"