AFFA rəsmisi: “Klublararası dünya çempionatı ilə bağlı narazılıqların əsas səbəblərindən biri zədələrdir” 

AFFA rəsmisi: “Klublararası dünya çempionatı ilə bağlı narazılıqların əsas səbəblərindən biri zədələrdir” 

Klublararası dünya çempionatının yeni formatı ilə bağlı narazılıqların əsas səbəblərindən biri futbolçuların zədələnməsidir.

Bunu “QELEBE.AZ”a açıqlamasında AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə deyib.

Mütəxəssis yeni formatı birmənalı qarşılanmayan klublararası dünya çempionatı ilə bağlı narazılıqlara münasibətini bildirib:

“Narazılığın ən böyük səbəbi odur ki, futbolçular yüksək səviyyədə performans göstərmək üçün məhdud sayda oynamalıdırlar. Onsuz da il ərzində oyunların sayı kifayət qədər olur. Bu da zədələrin çoxalmasına, psixoloji yorğunluğun yaranmasına gətirib çıxarır. Klublarası dünya çempionatı başa çatdı. Artıq iki həftədən sonra milli çempionatlar başlayacaq. Əslində bu, kiçik klublara o qədər də təsir etmir. Böyük klublar isə onsuz da istər daxili, isətrəsə də beynəlxalq çempionatlarda ilboyu oynamaq məcburiyyətindədirlər”.

O, büdcə məsələlərinin də rol oynadığını söyləyib:

“Bunun nəticəsi olaraq klublar heyətlərini genişləndirmək məcburiyyətindədirlər. Heyət böyüdükcə keyfiyyətə təsir edir, həmçinin xərclər artır. Bu da klubu idarə etməkdə kifayət qədər sıxıntılar yaradacaq. Məsələnin digər tərəfi təşkilatçılıqla bağlıdır. İlk dünya çempionatı idi və klublar pis-yaxşı ulduz futbolçularını gətirmişdilər. İlk vaxtlarda komandalar optimal heyətlə gələcəklər. Ancaq sonra maraq azalır və növbəti yarışlar yoxlama görüşləri səviyyəsinə enir ki, bu da təşkilatçılar üçün problem yaradacaq. Məsələn, buna MDB Kubokunu nümunə göstərə bilərəm. Çünki ulduzlar olmasa, tamaşaçıları cəlb etmək çətinləşəcək. Nəticədə yarışın öhdəsindən gəlmək çətin olacaq”.

AFFA rəsmisi, narazılıqlara baxmayaraq, mundialın maraqlı alındığını vurğulayıb:

“Ümumilikdə ilk təcrübəyə əsasən deyə bilərəm ki, klublararası dünya çempionatı yaxşı alındı. Baxımlı oldu, bütün dünyada izlənildi. Xoaşgəlməz məqamlar isə zədələrlə bağlıdır. Məsələn, “Bavariya”nın futbolçusu Camal Musiala ciddi zədələndi. Futbol onsuz da zədə riskləri yüksək olan oyundur. Mövsümün sonunda dincəlmək istəyən futbolçularda zaman-zaman sıxıntı yarada bilər. Düzdür bu, istənilən halda ola bilərdi. Amma sırf bu çempionatda belə zədələrin olması mənfi rəylər yaradır. Birinci sınaq kimi pis alınmadı, amma növbəti illərdə necə olacağını deyə bilmərəm. Ola bilər format dəyişdirilsin və ya daha az komanda iştirak etsin. Lakin inanmıram ki, FIFA geri addım atacaq və yarışı ləğv edəcək. Klublarla FIFA arasında sövdələşmədən çox şey asılıdır. FIFA bu çempionatda iştirak üçün klublara daha çox maliyyə yönəldə bilər”.

Qeyd edək ki, ilk dəfə təşkil olunan klublarası dünya çempionatının qalibi İngiltərənin “Çelsi” klubu olub. London təmsilçisi ABŞ-də təşkil olunan mundialın finalında PSJ-ni (Fransa) 3:0 hesabı ilə məğlub edib.

Futbol
Lionel Messi ilin idmançısı seçilib

Lionel Messi ilin idmançısı seçilib

Futbol
"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

"Qarabağ"ın rəqibi çempionat oyununda böyük hesabla uduzub

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "Polşa ilə oyun bizim üçün vacibdir"

Azərbaycan millisinin baş məşqçisi: "Polşa ilə oyun bizim üçün vacibdir"

Futbol
Zlatan İbrahimoviçin adı ÇL-də iştirak ərizəsinə salınmayıb

Zlatan İbrahimoviçin adı ÇL-də iştirak ərizəsinə salınmayıb

Futbol
Portuqaliya millisinin futbolçusu yeni nailiyyətlərə imza atıb

Portuqaliya millisinin futbolçusu yeni nailiyyətlərə imza atıb

Futbol
"Qarabağ"ın rəqibi hücumçusunu icarəyə verib

"Qarabağ"ın rəqibi hücumçusunu icarəyə verib

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" autsayderlə oyunda xal itirib

Azərbaycan Premyer Liqası: "Neftçi" autsayderlə oyunda xal itirib

Futbol
"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer edib

"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer edib

Futbol
Azərbaycan yığması Millətlər Liqasında C səbətində yer alacaq

Azərbaycan yığması Millətlər Liqasında C səbətində yer alacaq

Futbol
Messi və Ronaldu 2020-ci ildən bəri ilk dəfə üz-üzə gələcəklər

Messi və Ronaldu 2020-ci ildən bəri ilk dəfə üz-üzə gələcəklər

Futbol
Volkan Demirel Türkiyə klubunun baş məşqçisi olub

Volkan Demirel Türkiyə klubunun baş məşqçisi olub

Futbol
Ronaldinyonun oğlu "Barselona"ya keçir

Ronaldinyonun oğlu "Barselona"ya keçir