EYOF-da iştirak edəcək idmançılarımız Şimali Makedoniyaya yola düşüblər
Skopye-2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalinda iştirak edəcək idmançılarımız və Azərbaycan nümayəndə heyəti Şimali Makedoniya yola düşüb.
QELEBE.AZ xəbər verir ki, yarış iyulun 20-dən 26-dək iki ölkədə - Şimali Makedoniya və Xorvatiyada təşkil ediləcək.
Ölkəmiz builki festivalda 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, festivalın açılış mərasimi iyulun 20-də Yan Sandanski İdman Mərkəzində keçiriləcək.

https://qalaba.az//uploads/photo/eyof-da-ishtirak-edecek-idmanchilarimiz-shimali-makedoniyaya-yola-dushubler.webp