AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri: "2025/2026 mövsümündə Azərbaycanda yarışlar 4 liqa üzrə keçiriləcək"

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri: "2025/2026 mövsümündə Azərbaycanda yarışlar 4 liqa üzrə keçiriləcək"

Azərbaycanda 2025/2026 mövsümündə qadın futbolunda yarışlar 4 liqa üzrə keçiriləcək.

Bunu “Report”a açıqlamasında AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva deyib.

Qurum rəsmisi yeni mövsümdən etibarən Azərbaycanda qadın futbolu ilə bağlı bir sıra qərarlar qəbul edildiyini bildirib:

“Ötən mövsüm bütün qız liqalarında iştirak edən komandaların nümayəndələri ilə görüş oldu. Bu il müraciətlər əsasında yeni komandalar da dəvət etmişik. 2025/2026 mövsümündə U-12, U-14, U-16 və Yüksək Qızlar Liqası keçiriləcək. Hələ ki, formatla bağlı heç bir məlumat verə bilmirik, çünki qeydiyyat prosesi avqustun sonunadək davam edəcək. Komandaların sayı bəlli olandan sonra uyğun formatı müəyyənləşdirəcəyik. U-16 Liqası və Yüksək Qızlar Liqası ev-səfər sistemi ilə keçiriləcək. U-12 liqası kütləvi xarakter daşıyacaq. Yeni istedadların aşkar edilməsinə, kütləviliyin təminatına çalışacağıq. Bu bizim üçün fundamental bir liqa olacaq. Gələcəkdə U-12 liqasından çıxan qızları ilk olaraq U-15 millisinə dəvət edəcəyik. Yüksək Qızlar Liqasının məqsədi o olacaq ki, U-17, U-19 və əsas millinin oyunçuları məhz burada toplaşıb oynasınlar. U-16 Liqası isə U-15 və U-17 yığmalarına namizəd oyunçular üçün keçid rolunu oynayacaq”.

Departament rəhbəri liqalarda gəncləşdirmə prosesi aparılacağını da söyləyib:

“Liqada gəncləşdirmə prosesinin məqsədi birbaşa keyfiyyətə təsir etmək və böyük oyunçu kütləsi yaratmaqdır. Belə də komandaların sayı da çox olacaq. Üstəlik, intensivlik yüksək olacaq və rəqabət artacaq. 2010 təvəllüdlü futbolçular da Yüksək Liqada oynayacaqlar. Bunun səbəbi futbolçuların fiziki hazırlığı ilə bağlıdır. Çünki bu yaşda olan oyunçular xaricə gedəndə yaşca özlərindən böyük futbolçulara və çətin rəqiblərə qarşı oynayırlar. Azərbaycanda U-16 Liqasında rəqabət aşağıdır və Avropada güclü rəqiblərə qarşı oynamağa hazır olmurlar. Qızlarımızın nə fiziki durumu, nə də texniki hazırlıqları buna imkan verir. Bütün yaş qrupu üzrə millilərin baş məşqçilərinin fikirlərini də öyrəndik. Qızların sayını artırmaq, istedadlı olanlara özlərindən yaşca daha yuxarı komandaların heyətində oynamaq məqsədilə gəncləşdirmə prosesi aparmaq qərarına gəlmişik.

Ötən il Yüksək Liqada qızların sayı 122 nəfər idi. Məqsədimiz bu sayı 200-ün üzərinə çıxarmaq və rəqbəti artırmaqdır. U-16 aşağı yaş qruplarında sonuncu liqadır. Daha sonra Yüksək Qızlar Liqası gəlir. 16 yaşadək futbolçuların bu liqada oynamasının həm say artımına, həm də keyfiyyətə təsir edəcəyini düşünürəm. Belə də çempionatlarda komandaların sayı ilə bağlı problemlər yaşanmayacaq və texniki məğlubiyyətlərin sayı da az olacaq. Bu təcrübə xarici ölkələrdə də həyata keçirilib. Bir neçə ölkədə biz bunu araşdırmışıq. Avropada U-16 millilərinin üzvlərinin daha böyük yaşda olan, həmçinin yaxın ölkələrin liqalarında oynamaları məsləhət görülür. Məşqçilərlə məsləhətləşdik, AFFA rəhbərliyi də bu qərarları müsbət qarşıladı”.

Futbol
Xorvatiyalı futbolçunun dopinq-testi müsbət çıxıb

Xorvatiyalı futbolçunun dopinq-testi müsbət çıxıb

Futbol
Fariz Nəcəfov: “Avropa ölkələri irəliyə getdikcə biz yerimizdə saymağa məcburuq”

Fariz Nəcəfov: “Avropa ölkələri irəliyə getdikcə biz yerimizdə saymağa məcburuq”

Futbol
İbrahima Vadji: "Sent-Etyen"ə qoşulduğum üçün çox xoşbəxtəm"

İbrahima Vadji: "Sent-Etyen"ə qoşulduğum üçün çox xoşbəxtəm"

Futbol
İtaliya A seriyasında yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq

İtaliya A seriyasında yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq

Futbol
“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Azərbaycanda çıxış edə bilər

“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Azərbaycanda çıxış edə bilər

Futbol
Argentinada bütün oyunlar təxirə salınıb

Argentinada bütün oyunlar təxirə salınıb

Futbol
Çempionlar Liqasının üçqat qalibi vəfat edib

Çempionlar Liqasının üçqat qalibi vəfat edib

Futbol
Gənclər və İdman Nazirliyi AFFA-nın əməkdaşlarına fəxri ad verib

Gənclər və İdman Nazirliyi AFFA-nın əməkdaşlarına fəxri ad verib

Futbol
“Səbail”ə qayıdan Adil Nağıyev: “Kimin düz, kimin səhv olduğu göründü”

“Səbail”ə qayıdan Adil Nağıyev: “Kimin düz, kimin səhv olduğu göründü”

Futbol
Azərbaycanın FIFA referiləri təyinat alıb

Azərbaycanın FIFA referiləri təyinat alıb

Futbol
"Qarabağ"ın rəqibi yenə qələbəyə həsrət qalıb

"Qarabağ"ın rəqibi yenə qələbəyə həsrət qalıb

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub