“Şelburn” - “Qarabağ” matçının biletləri tükənib
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelbrun” (İrlandiya) - “Qarabağ” oyununun biletləri tükənib.
Apasport.az xəbər verir ki, bu barədə İrlandiya klubunun mətbuat xidməti məlumat yayıb.
5750 tamaşaçı tutumuna malik “Tolka Park” stadionunda keçiriləcək qarşılaşmanın bütün biletlər artıq satılıb.
“Şelburn” - “Qarabağ” matçı iyulun 23-də Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Cavab oyun isə iyulun 30-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

https://qalaba.az//uploads/photo/shelburn-qarabag-matchinin-biletleri-tukenib.webp